Glorri öz sinfində işəgötürmə üzrə ən yaxşı proqram təminatıdır.
O mükəmməl nəticələr əldə etmək üçün hazırlanmışdır.
Qüvvəyə minmə tarixi: 15.09.2021
Son yenilənmə tarixi: 15.09.2026
Bu İstifadə Şərtləri (“Şərtlər”) Glorri MMC (“Glorri”, “biz”, “bizim”) tərəfindən təqdim edilən Glorri platforması və onunla əlaqəli veb-sayt, tətbiqlər, API-lər və digər xidmətlərdən (“Platforma”) istifadəni tənzimləyir.
Platformadan istifadə edən hər bir şəxs və ya korporativ kimlik/subyekt (“İstifadəçi”) bu Şərtləri qəbul etmiş hesab olunur. Bu şərtlər İstifadəçi ilə imzalanan müqavilədə/lərdə nəzərdə tutulmayan və ya mümkün mübahisəli hallar üçün hüquqi əsas təşkil edir.
1. Platforma
Glorri şirkətlərə işə qəbul proseslərini idarə etmək, namizədləri cəlb etmək, qiymətləndirmək, vakansiyalar yerləşdirmək və işə qəbul üzrə analitika əldə etmək imkanı verən İşəgötürmə üzrə proqram təminatıdır və aşağıdakılardan ibarətdir:
- https://glorri.com/
- https://glorri.az/
- https://atsapp.glorri.com/
- https://atsapp.glorri.az/
- https://jobs.glorri.az/
- https://jobs.glorri.com/
Platformanın əsas funksiyalarına aşağıdakılar daxildir, lakin onunla məhdudlaşmır:
- vakansiyaların yaradılması və idarə edilməsi;
- vakansiyaların yayımlanması;
- namizədlərin müraciətlərinin qəbulu;
- CV və namizəd profillərinin idarə edilməsi;
- işəgötürmə mərhələlərinin idarə edilməsi;
- namizədlərin qiymətləndirilməsi;
- test və imtahanlar;
- müsahibələrin idarə edilməsi;
- AI əsaslı CV analizi və namizəd uyğunluğunun qiymətləndirilməsi;
- kommunikasiya və bildirişlər;
- hesabat və analitika;
- API və digər inteqrasiyalar.
Platformanın funksionallığı zamanla dəyişdirilə, yenilənə və ya dayandırıla bilər.
2. İstifadəçi kateqoriyaları
Platformadan əsasən aşağıdakı şəxslər istifadə edə bilər:
2.1. Namizədlər
İş axtaranlar, vakansiyalara müraciət edən və ya Platformada namizəd profili yaradan (belə bir funksionallıq olduğu andan etibarən) şəxslər.
2.2. Şirkətlər (Şirkət)
İşəgötürənlər, insan resursları üzrə mütəxəssislər (İRM), şirkət administratorları, işəgötürmə prosesinə cəlb olunan şirkət əməkdaşları, HR mütəxəssisləri, outsourcing-şirkətləri, kadrlarla təmin edən agentliklər və digər təyinatı üzrə səlahiyyətli istifadəçilər.
2.3. Digər istifadəçilər
Platformanın və ya Glorri xidmətlərinin digər qanuni istifadəçiləri.
3. Hesab yaratmaq
- İstifadəçi yalnız korporativ email ilə hesab yarada bilər və hesab yaratdıqda təqdim etdiyi məlumatların düzgün və aktual olmasına cavabdehdir.
- İstifadəçi öz hesab məlumatlarının məxfiliyini qorumağa və hesabından həyata keçirilən fəaliyyətlərə görə məsuliyyət daşıyır.
- Şirkət administratorları şirkət hesabında istifadəçi rollarını və giriş icazələrini idarə etməlidir.
4. Namizədlərin öhdəlikləri
Namizəd aşağıdakılara razıdır:
- təqdim etdiyi məlumatların doğru olmasına, saxta, təyinatdan kənar məlumat və ya sənəd təqdim etməyəcəyinə;
- müraciət etmədən öncə təqdim edilən məlumatların yoxlanılmasına və təsdiq edilməsinə;
- CV və digər materialları təqdim etmək hüququna malik olmasına;
- üçüncü şəxslərin məlumatlarını qanuni əsas olmadan yükləməməsinə;
- müraciəti ilə bağlı məlumatın yalnız müraciət etdiyi şirkət tərəfindən verilməsinə;
- eyni vakansiya üzrə təkrar müraciət müddətinin işəgötürən şirkət tərəfindən müəyyən edilməsinə;
- Platformadan qanunsuz məqsədlərlə istifadə etməməsinə;
- Glorri Platformasında aşkar etdiyi texniki nasazlıq barədə [email protected] vasitəsilə və ya +994558153874 nömrəsinə mesaj göndərməklə məlumat verəcəyinə.
5. Şirkətlərin öhdəlikləri
Şirkət Platformaya namizəd məlumatları təqdim etdikdə həmin məlumatların qanuni əsasla əldə edilməsini və işlənilməsini təmin etməlidir.
Şirkət:
- namizədlərin lazımi qaydada məlumatlandırılmasını;
- tələb olunan hallarda razılığın alınmasını;
- yalnız zəruri məlumatların toplanılmasını;
- səlahiyyətli şəxslərin məlumatlara çıxışını;
- məlumatların yalnız qanuni işə qəbul məqsədləri üçün istifadəsini
təmin etməlidir. Şirkət tərəfindən təqdim edilən namizəd məlumatlarının işlənilməsində Glorri-nin hüquqi rolu müvafiq müqavilə ilə müəyyən edilir.
6. Fərdi məlumatlar
- Platformanın istifadəsi zamanı fərdi məlumatlar toplana və işlənilə bilər.
- Fərdi məlumatların işlənilməsi barədə ətraflı məlumat Glorri-nin Məxfilik Siyasəti sənədində göstərilir.
- Zərurət olduğu halda şirkət tərəfindən Glorri-yə təqdim olunan namizəd məlumatlarının işlənilməsi ayrıca DPA ilə tənzimlənə bilər.
7. AI və avtomatlaşdırılmış funksiyalar
Glorri AI və digər avtomatlaşdırılmış texnologiyalardan istifadə edə bilər.
AI funksiyalarına aşağıdakılar daxil ola bilər:
- CV analizi;
- namizəd-vakansiya uyğunluğunun hesablanması;
- namizədlərin sıralanması;
- bacarıqların müəyyənləşdirilməsi;
- namizəd xülasələrinin yaradılması;
- İRM və digər şirkət istifadəçiləri üçün tövsiyələr;
- təyinatı işəgötürmə üzrə fəaliyyətlərdən ibarət olan digər funksiyalar.
AI nəticələri qərarvermə üçün dəstək vasitəsidir və tövsiyə məqsədlidir. Glorri tərəfindən yaradılmış AI nəticəsi özlüyündə namizədin işə qəbul edilməsi və ya rədd edilməsinə dair yekun qərar deyil. Son işə qəbul qərarı müvafiq işəgötürən tərəfindən qəbul edilir.
8. Şirkət məlumatları
Şirkət tərəfindən Platformaya daxil edilən vakansiyalar, şirkət məlumatları, işəgötürmə prosesləri, qiymətləndirmələr və digər kommersiya məlumatları həmin məlumatların qanuni sahibinə məxsus olaraq qalır.
Şirkət Glorri-yə Platformanı təqdim etmək üçün həmin məlumatları işləmək hüququ verir.
9. Namizəd məlumatlarının şirkətlərə təqdim edilməsi
Namizəd konkret vakansiyaya müraciət etdikdə müraciət zamanı təqdim etdiyi məlumatlar həmin vakansiyanın işəgötürəninə təqdim edilə bilər.
Bu məlumatlara, tətbiq olunan funksionallıqdan asılı olaraq:
- CV;
- ünvan;
- qohumlar barədə məlumat;
- pasport, şəxsiyyət vəsiqəsində əks olunan məlumatlar, onların nüsxələri;
- əlaqə məlumatları;
- iş təcrübəsi;
- təhsil;
- bacarıqlar;
- test nəticələri;
- müraciət məlumatları;
- qiymətləndirmələr.
10. Ödənişli xidmətlər
Glorri şirkətlərə və müəyyən hallarda namizədlərə ödənişli xidmətlər təqdim edə bilər.
Şirkətlər üçün:
- aylıq və illik SaaS abunəliyi;
- premium vakansiyalar;
- AI screening;
- əlavə funksiyalar;
- digər xidmətlər.
Namizədlər üçün (təqdim olunduğu halda):
- müraciət statusu ilə bağlı premium bildirişlər;
- aylıq abunə haqqı.
Qiymət və ödəniş şərtləri ödənişdən əvvəl istifadəçiyə təqdim edilir.
11. Vakansiya elanları
- Şirkət vakansiya yerləşdirdikdə vakansiyanın məzmununun qanuni, düzgün və ayrı-seçkilik yaratmayan formada olmasına cavabdehdir.
- Glorri qanunsuz, saxta, aldadıcı və ya Platforma qaydalarını pozan vakansiyaları silə və ya yayımdan çıxara bilər və buna görə bütün hüquqi məsuliyyət Şirkətə aiddir.
12. Qadağan olunmuş istifadə
İstifadəçinin:
- Platformanın təhlükəsizliyini pozmağa;
- icazəsiz məlumat əldə etməyə;
- zərərli proqram yerləşdirməyə;
- başqa istifadəçinin hesabından icazəsiz istifadə etməyə;
- məlumatları icazəsiz şəkildə scrape etməyə;
- Platformanın texniki məhdudiyyətlərini keçməyə/qırmağa;
- icazəsiz texniki əməliyyatlar aparmağa;
- qanunsuz fəaliyyət üçün Platformadan istifadə etməyə
haqqı yoxdur və yuxarıda qeyd olunanların hər hansı biri nəticəsində Glorri MMC-yə dəyəcək zərərə görə məsuliyyət daşıyır.
13. Əqli mülkiyyət
Platforma, proqram təminatı, dizayn, interfeys, Glorri adı və loqosu, texniki həllər, verilənlər bazasının strukturu və digər Glorri materialları Glorri-yə və ya müvafiq hüquq sahibinə məxsusdur.
Bu Şərtlər İstifadəçiyə Glorri-nin əqli mülkiyyətinə mülkiyyət hüququ vermir.
14. Üçüncü tərəf xidmətləri
Glorri Platformanın fəaliyyətini təmin etmək üçün üçüncü tərəf texnologiya və infrastruktur təminatçılarından istifadə edir.
Bunlara, tətbiq olunan konfiqurasiyadan asılı olaraq:
- Hetzner Online GmbH; Gunzenhausen, Bavaria, Germany
- Contabo GmbH, Welfenstrasse 22, 81541 Munich, Germany
- Cloudflare; 101 Townsend St, San Francisco, California 94107, United States
- DigitalOcean; 105 Edgeview Drive, Suite 425, Broomfield, Colorado 80021, USA
- Amazon Web Services; 410 Terry Avenue North, Seattle, WA 98109-5210, U.S.A.
- Anthropic PBC, Claude Sonnet; 548 Market Street, PMB 90375, San Francisco, CA 94104
- OpenAI; 1455 Third Street, San Francisco, California 94158, U.S.A.
- Twilio; 101 Spear Street, Fifth Floor, San Francisco, California, 94105
- Tawk.to; Sidraba 1-19, Riga LV 1067, Latvia
- DeBounce; Hinganemala, Sasane Nagar, Hadapsar, Pune, Maharashtra 411088, India
- Zoho; Estancia IT Park, Plot No. 140 & 151, GST Road, Vallancherry Village, Chengalpattu Taluk, Kanchipuram District 603 202, Chennai, India
- Google; 1600 Amphitheatre Parkway, Mountain View, CA 94043
15. Məlumatların xaricdə işlənilməsi
Glorri-nin texnoloji infrastrukturu Azərbaycan Respublikasından kənarda yerləşən xidmətlərdən istifadə edə bilər.
Məlumatların emal və saxlanma yerləri aşağıdakı kimidir:
- Nuremberg (Almaniya): Sigmundstraße 135, 90431 Nürnberg
- Falkenstein (Almaniya): Am Platenhäusel 1, 08223 Falkenstein/Vogtland
- Helsinki (Finlandiya): Data Center Park Helsinki, Hubantie 3, 04300 Tuusula, Finland
- Contabo GmbH, Hub Europe, Rue Taunus, 67630 Lauterbourg, France
- Contabo GmbH, Portsmouth, England, United Kingdom
- Contabo GmbH, Karlsruhe, Baden-Wurttemberg, Germany
- AWS, Eschborner Landstraße 100, 60489 Frankfurt am Main, Germany, Region Code: eu-central-1
- DigitalOcean, Hanauer Landstrasse 302, 60314 Frankfurt am Main, Germany
Transsərhəd ötürülmə yalnız İstifadəçinin bu Şərtləri oxuyub razılıq verməsi əsasında həyata keçirilir.
16. Xidmətin əlçatanlığı
- Glorri Platformanın hər zaman fasiləsiz və səhvsiz işləyəcəyinə zəmanət vermir.
- İstifadəçi başa düşür və qəbul edir ki, texniki xidmət, təhlükəsizlik tədbirləri, üçüncü tərəf xidmətlərində yaranan problemlər və Glorri-dən asılı olmayan digər hallar müvəqqəti fasilələrə səbəb ola bilər.
- Birbaşa Glorri-dən qaynaqlanan texniki problemlər mümkün ən qısa zamanda aradan qaldırılacaqdır.
- Bu kimi hallar aşkarlanarsa İstifadəçi dərhal [email protected] vasitəsilə və ya +994558153874 nömrəsinə mesaj göndərməklə məlumat verə bilər.
17. Hesabın dayandırılması
Glorri bu Şərtlərin pozulması, təhlükəsizlik riski, qanunsuz fəaliyyət və ya digər əsaslı hallarda hesaba və ya müəyyən funksiyalara çıxışı məhdudlaşdıra bilər.
18. Məsuliyyət
Glorri:
- konkret namizədin işə qəbul edilməsinə;
- vakansiyanın müəyyən müddətdə doldurulmasına;
- AI nəticələrinin müəyyən işə qəbul nəticəsi yaratmasına;
- Platformada yerləşdirilən vakansiyanın nəticəsinə
zəmanət vermir.
Qanunla istisna edilə bilməyən məsuliyyət halları bu müddəadan kənardır.
19. Şərtlərə dəyişikliklər
Glorri bu Şərtləri yeniləyə bilər.
Əhəmiyyətli dəyişikliklər olduqda istifadəçilər Platforma, e-mail və ya digər uyğun vasitə ilə məlumatlandırıla bilər.
20. Tətbiq olunan hüquq
Bu Şərtlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tənzimlənir.
Mübahisələr ilk növbədə danışıqlar yolu ilə həll edilməyə çalışılır. Danışıqlar mümkün olmadıqda mübahisə tətbiq olunan qanunvericiliyə uyğun olaraq səlahiyyətli məhkəmədə həll edilir.
21. Əlaqə
Glorri MMC
E-mail: [email protected]
Əlaqə: +99455 8153874
VÖEN: 1004459901
Ünvan: Caspian Plaza, Cəfər Cabbarlı 44
Website: glorri.com
Kompleks işə qəbul yanaşmasına keçidin üstünlüklərindən yararlanın. İşə qəbul yanaşmanızı dəyişin.