Xalq Bank
Ana səhifə
/
/
/
Bankın İnsan Resursları və İşlər İdarəsinin Arxivinin kiçik arxivçisi

Bankın İnsan Resursları və İşlər İdarəsinin Arxivinin kiçik arxivçisi

  • Xalq Bank
  • İnşaatçılar prospekti, Bakı, Azerbaijan
  • Tam ştat

06-03-2024

1.6K

Bağlanılıb

Təsvir

×        Bankın struktur bölmələrindən təhvil verilən icra müddəti başa çatmış sənədləri “ASC “Xalq” Bankında arxiv işinin aparılmasına dair Qaydalar”ına  uyğun olaraq arxivə qəbul etmək;

×        Bankın işçilərinin sənədlərin arxivləşdirilməsi ilə bağlı yaranmış suallarını ətraflı şəkildə cavablandırmaq və ehtiyac yarandığı halda məsləhətlər vermək;

×        Aidiyyəti struktur bölmələrinin müraciətinə əsasən onlara müvəqqəti istifadə üçün arxiv sənədlərini ASC “Xalq” Bankında arxiv işinin aparılmasına dair Qaydalar”ına uyğun olaraq təqdim etmək;

×        Bankdaxili normativ aktlarda müəyyən olunmuş və icrası ona həvalə olunmuş vəzifələri vaxtında və nöqsansız icra etmək;

×        Şöbə rəisinin və idarə rəisinin şöbənin, habelə idarənin ümumi fəaliyyəti ilə əlaqədar ona tapşırdığı işləri yerinə yetirmək;

×        Vəzifə öhdəliklərinin icrasına, o cümlədən informasiya təhlükəsizliyi, əməyin mühafizəsi, nizam-intizam (əmək və icra intizamı) qaydalarına aid Bankın və Azərbaycan Respublikasının normativ aktlarını dərindən mənimsəmək və onlara əməl etmək;

×        Vəzifə öhdəliklərinin icrası zamanı ona məlum olan Bank və kommersiya sirrini qorumaq.


Tələblər

×            Magistr təhsili;

×            Hərbi xidmət keçmiş, hərbi xidmətə çağırışa möhlət hüququ və ya çağırışdan azad olmalı (kişilər üçün);

×            Analoji sahə üzrə minimum 1 (bir) il iş təcrübəsi olmalıdır. Müəyyən hallarda (namizədin təhsili, biliyi və s. nəzərə alınmaqla) iş təcrübəsinə dair tələb edilən müddət azaldıla bilər.

×            Arxiv terminlərini bilməli;

×            Sənədlərin arxivləşdirilməsi ilə bağlı aidiyyəti idarə və filiallara müvafiq məsləhət və tövsiyələrin vermə qabiliyyətinə malık olmalı;

×            İşdə dəqiqlik və detallara fikirvermə bacarığı olmalı;

×            Yüksək qavrama və öyrənmə qabiliyyəti olmalı;

×            Komandada işləməyi bacarmalı;

×            Məsuliyyətli, dürüst və etibarlı olmalı;

×            Ünsiyyətcil və təşəbbüskar olmalı;

×            MS Ofis proqramları və kompüter avadanlıqları ilə işləmə bacarığına malik olmalı;

×     Arxiv işi üzrə, habelə əmək funksiyalarının yerinə yetirilməsi üçün zəruri olan digər sahələr üzrə qanunvericilik aktlarını və bankdaxili normativ aktları, sənədlərin arxivə qəbul edilməsi, onların istifadəsi və mühafizəsi qaydalarını, o cümlədən kargüzarlıq işinin əsaslarını bilməlidir.

Vakansiya haqqında

Son tarix

aprel 5, 2024

Paylaşılıb

mart 6, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə