Xalq Bank
Ana səhifə
/
/
/
Bakı filiallarının Kredit şöbəsinin mütəxəssisi

Bakı filiallarının Kredit şöbəsinin mütəxəssisi

18-03-2024

9.9K

Təsvir

•    Müştəriyə bankın kredit məhsullarına dair məlumatın verilməsi;

•    Kredit müraciətlərinin qəbulu və analizi;

•    Filiallarda monitorinqlər aparmaqla kreditlərin verilməsi şərtlərinə (kreditin təyinatı, girov təminatı, borcalanın ödəmə qabiliyyəti və s.) əməl olunmasına nəzarət edilməsi;

•    Bankın kredit əməliyyatlarının müvafiq qanunvericilik və normativ aktlara uyğun olaraq aparılmasına nəzarət edilməsi;

•    Müraciətlərin Bankın kredit komitəsində müdafiəsi;

•    Kredit sənədlərinin tərtibi;

•    Kredit portfelinə nəzarət və idarə etmək;

•    Müştəri hesablarının aparılmasına nəzarət;

•    Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması.

Tələblər

•       Maliyyə, İqtisadiyyat, Menecment və Hüquq sahəsində ali magistr təhsili (və ya ona bərabər tutulan təhsil səviyyəsi);

•       Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);

•       Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır;

•       Yenilikləri intensiv və dərindən mənimsəmə bacarığı;

•       Problemli kreditlərin həlli istiqamətində bilik və bacarığının olması;

•       Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;

•       Riyazi hesablama aparmaq qabiliyyəti;

•       Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;

•       İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;

Kompüter bilikləri.

Vakansiya haqqında

Son tarix

may 18, 2024

Paylaşılıb

mart 18, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə