Bakı filiallarının Müştəri xidməti şöbəsinin mütəxəssisi
Description
· Müştərilərin müraciətlərini cavablandırmaq, bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər vermək;
· Müştərilərin eyniləşdirilməsini təmin etmək, onlara müvafiq hesablar açmaq (hesabları bağlamaq), hesab sahibinin tapşırıqlarına əsasən müvafiq əməliyyatların aparılmasını təmin etmək;
· Əməliyyatın aparılması üçün müştərilərin təqdim etdiyi sənədləri (müqavilələri, hesab-fakturaları və digər sənədləri) yoxlamaq;
· Müştərilərin istəyinə uyğun olaraq onlara hesab qalıqları barədə arayış və çıxarış tərtib edərək təqdim etmək;
· Cari sənədlərin yığılması, saxlanılması və arxivləşdirilməsini həyata keçirmək.
Requirements
· Ali magistr təhsili;
· Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
· Bu sahə üzrə 2 (iki) il iş təcrübəsinin olması arzuolunandır;
· Müvafiq normativ sənədlər və qanunvericilik üzrə nəzəri biliklərə malik olmaq;
· Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;
· Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
· Mükəmməl kommunikasiya və insanları inandırma qabiliyyəti;
· Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
· Yüksək qavrama və öyrənmə qabiliyyəti;
· İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
· Kompyuter bilikləri;
· Azərbaycan dilini mükəmməl, Rus və İngilis dillərini bilən namizədlərə üstünlük veriləcək.