Xalq Bank
Ana səhifə
/
/
/
Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi

Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi

04-04-2024

3.2K

Təsvir

·     Bankın müvafiq bölmələrinin və banka nəzarətedici orqanın və ya bankla əməkdaşlıq edən təşkilatların (dövlət orqanları və s.) tələbi ilə lazımi hesabat və arayışların hazırlanması, təhlili və təqdim edilməsi, sorğuların cavablandırılması;

·     Bankın kredit portfelinin müxtəlif meyarlar üzrə təsnifləşdirilməsi və ayrı-ayrı dövrlər üzrə müqayisəli təhlilinin aparılması məqsədilə hesabatların hazırlanmasının və təqdim olunmasının təmin edilməsi;

·     Effektliyin artırılması məqsədilə hesabatların hazırlanması prosesinin optimallaşdırılması istiqamətində təkliflərin verilməsi;

·     Daimi olaraq proseslərin və hesabatların avtomatlaşdırılması işlərinin aparılması.

·     Hesabatların avtomatlaşdırılması üçün aidiyyatı funskional strukturlar ilə işlərin aparılması:

·     Bankın kredit sahəsi üzrə təhlillər aparılması və detallı, geniş analitik hesabatların hazırlanması;

·     Vəzifə öhdəliklərindən irəli gələn digər işlərin görülməsi.

Tələblər

·     Maliyyə və ya İqtisadiyyat sahəsi üzrə ali magistr təhsili;

·     Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dilini bilmək arzuolunandır);

·     Təhlil etmə və hesabatların hazırlanması bacarıqları;

·     Bank təcrübəsi olanlara üstünlük verilə bilər (kiçik mütəxəssis tələbi üzrə);

·     Microsoft Office proqramları üzrə sərbəst işləmək bacarığı (xüsusilə peşəkar səviyyədə Microsoft Excel-dən istifadə bacarığı);

·     SQL proqramlaşdırma dili və Power BI üzrə biliklərin olması arzuolunandır;

·     Bank modulları (əsasən FlexCube), BI prosesləri və ya analitik məlumatların emalı sistemləri ilə iş təcrübəsi (kiçik mütəxəssis tələbi üzrə);

·     Bank proqram təminatlarına yüksək adaptasiya qabiliyyəti;

·     Güclü analitik, alqoritmik düşünmə və riyazi hesablama aparmaq qabiliyyəti;

·     Komanda işini bacarmalı və bankın digər funskional strukturları ilə işləmək qabiliyyəti;

·     Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq, digər əməkdaşlarla biliklərini bölüşmək qabiliyyəti;

·     İşdə dəqiqlik, məsuliyyətlilik, təqdimat bacarığı və detallara fikirvermə qabiliyyəti;

·     Yüksək qavrama, öyrənmə, yenilikləri intensiv və dərindən mənimsəmə qabiliyyəti.

Vakansiya haqqında

Son tarix

may 3, 2024

Paylaşılıb

aprel 4, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə