Xalq Bank
Ana səhifə
/
/
/
Risklərin İdarə edilməsi İdarəsinin İnformasiya təhlükəsizliyi şöbəsinin mütəxəssisi - Kiber Təhlükəsizlik Əməliyyatları Mərkəzi mütəxəssisi (SOC analyst)

Risklərin İdarə edilməsi İdarəsinin İnformasiya təhlükəsizliyi şöbəsinin mütəxəssisi - Kiber Təhlükəsizlik Əməliyyatları Mərkəzi mütəxəssisi (SOC analyst)

23-01-2024

2.2K

Bağlanılıb

Təsvir

·     Təhlükəsizlik pozuntularının və digər kiber təhlükəsizlik hadisələrinin araşdırılması;

·     Təhlükəsizlik problemləri üçün kompüter şəbəkələrinin izlənməsi;

·     Hadisə/davranışı anlamaq üçün müxtəlif alət və məlumat qaynaqlarının birbirinə bağlanaraq analiz edilməsi;

·     Təhlükəsizlik hücumları hesabatlarının və vizuallarının hazırlanması;

·     Yanlış müsbətlərin azaldılması üzərində çalışmaq;

·     Hadisə aşkarlama qaydalarının hazırlanması və təkmilləşdirilməsi;

·     Təsirə məruz qalan sistemlərdə proses və sazlamaların təhlil edilməsi;

·     Təhlükəsizlik boşluqlarının aşkar edilməsi üçün nüfuzetmə testi mütəxəssisləri ilə əməkdaşlıq.

Tələblər

·     Ali təhsil;

·     İT və ya Kiber təhlükəsizlik üzrə ən aşağı 1 il iş təcrübəsi;

·     Təhlükəsizlik divarları, proksi, SIEM, antivirus, EDR/XDR, IDS/IPS həlləri ilə təcrübə;

·     Əməliyyat sistemləri, şəbəkə audit və digər loqları ilə iş təcrübəsi;

·     Skript və proqramlaşdırma dilləri haqqında anlayış;

·     Doğru və aydın hesabat hazırlama bacarığı;

·     Analitik düşünmə bacarığı;

·     Kiber hücum növləri haqqında məlumatlılıq.

Vakansiya haqqında

Son tarix

fevral 22, 2024

Paylaşılıb

yanvar 23, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə