Risklərin İdarə edilməsi İdarəsinin İnformasiya təhlükəsizliyi şöbəsinin mütəxəssisi - Kiber təhlükəsizlik mühəndisi (Cyber security engineer)
Description
· Bankın məlumatlarının, sistemlərinin və şəbəkələrinin qorunması üçün təhlükəsizlik tədbirlərinin planlaşdırılması, həyata keçirilməsi, idarə edilməsi, monitorinqi və təkmilləşdirilməsi;
· Sistem və/və ya şəbəkə təhlükəsizliyi müdaxilələrinə cavab verilməsi;
· Uyğun təhlükəsizlik nəzarət mexanizmlərini işə salmaqla bankın məlumatlarının və infrastrukturunun qorunmasını həyata keçirmək;
· Dəyişikliklərin idarə edilməsi prosesində iştirak etmək;
· Şəbəkə və sistemlərdə mövcud olan boşluqların aşakarlanması üçün müvafiq sınaq və yoxlamaların həyata keçirilməsi;
· Gündəlik inzibati tapşırıqların yerinə yetirilməsi, hesabatların hazırlanması və qurumun müvafiq idarələri ilə əlaqə;
· Bankın təhlükəsizlik ehtiyaclarını dəyərləndirmək və buna uyğun ən yaxşı tətbiqetmə və standartların yaradılması.
Requirements
· Ali təhsil;
· İT və ya Kiber təhlükəsizlik üzrə ən aşağı 2 il iş təcrübəsi;
· Windows və *nix server/istifadəçi əməliyyat sistemləri üzrə bilik;
· Təhlükəsizlik divarları (firewall) üzrə bilik;
· Skript və proqramlaşdırma dilləri haqqında anlayış;
· Şəbəkə və verilənlər bazası sahəsində bilik;
· Analitik düşünmə və yüksək problem həll etmə bacarığı;
· Kiber hücum növləri haqqında məlumatlılıq.