Xalq Bank
Ana səhifə
/
/
/
Kredit İdarəsinin Kredit məhsulu və biznes proseslərin təhlili şöbəsinin mütəxəssisi

Kredit İdarəsinin Kredit məhsulu və biznes proseslərin təhlili şöbəsinin mütəxəssisi

27-03-2024

747

Bağlanılıb

Təsvir

· Yeni kredit məhsullarının yaradılmasına və mövcud kredit məhsullarının təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq;   

· Yeni kredit məhsullarının yaradılması məqsədilə təkliflər hazırlanan zaman onların Bankın biznes tələblərinə uyğunluğunun müəyyən edilməsi istiqamətində araşdırmalar aparmaq;

· Bankın digər struktur bölmələri ilə birgə yeni kredit məhsullarının tətbiqini və kredit məhsulları üzrə biznes proseslərin optimallaşdırılmasını təşkil etmək;

· Kredit fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə Bankın mövcud kredit məhsullarının satış aktivliyini və rəqabət qabiliyyətliliyini daim izləmək və təhlil etmək;

·  Kredit məhsullarının inkişaf etdirilməsi məqsədilə rəqabət qabiliyyətliliyini itirmiş kredit məhsullarının şərtlərinin dəyişdirilməsi və ya onların ləğv olunması barədə təkliflər vermək;

· Bankın kredit fəaliyyəti üzrə biznes proseslərin avtomatlaşdırılmasına və Bankın proqram təminatının optimallaşdırılmasına dair texniki tapşırıqlar hazırlamaq;

· Mövcud kredit məhsullarının satışının həyata keçirilməsi istiqamətində, o cümlədən, yeni müştərilərin cəlb olunması və mövcud müştəri bazasının qorunması məqsədilə görülən tədbirlərdə iştirak etmək;    

· Bankın kredit fəaliyyətini tənzimləyən, o cümlədən kredit məhsullarının şərtlərini müəyyən edən normativ aktlar aktuallığına nəzarət etmək və zərurət yarandığı təqdirdə onların hazırlanmasında və ya dəyişdirilməsində iştirak etmək;

·  İdarə və şöbə rəisinin şöbənin fəaliyyət istiqamətlərinə aid olan sahələr üzrə verdiyi tapşırıqları yerinə yetirmək.

Tələblər

·   İqtisadiyyat, maliyyə və bank işi sahəsində ali magistr təhsili;

·  Analoji sahə üzrə minimum 3 (üç) il iş təcrübəsi olmalıdır. Müəyyən hallarda (namizədin təhsili, biliyi və s. nəzərə alınmaqla) iş təcrübəsinə dair tələb edilən müddət azaldıla bilər;

·  Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;

·  Analitik düşüncə və detallara fikir vermə qabiliyyəti;

·  Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);

·  Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;

·  İşgüzar ünsiyyətin və danışıqlar aparılmasının üsul və metodları bilməli;

·  Yüksək qavrama və öyrənmə qabiliyyəti;

·  Azərbaycan dili - mükəmməl, xarici dillərin (Rus dili və İngilis dili) qənaətbəxş səviyyədə olması.


Vakansiya haqqında

Son tarix

aprel 26, 2024

Paylaşılıb

mart 27, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə