Xalq Bank
Ana səhifə
/
/
/
Kredit İdarəsinin İpoteka kreditləri ilə iş şöbəsinin mütəxəssisi

Kredit İdarəsinin İpoteka kreditləri ilə iş şöbəsinin mütəxəssisi

29-01-2024

1.1K

Bağlanılıb

Təsvir

  • İpoteka kreditləri üzrə (Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun ipoteka məhsulu və tikinti şirkətlərindən yaşayış və qeyri-yaşayış sahələrinin alınması üçün verilən ipoteka kreditləri, eyni zamanda Bankın daxili vəsaiti hesabına olan yaşayış və qeyri-yaşayış sahələrinin ipotekası) müraciətlərin təhlil edilərək kredit komitəsinə təqdim edilməsi.
  • İpoteka kreditləri üzrə hesabatların hazırlanıb təqdim olunması və ipoteka portfelinə nəzarət.
  • Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu ilə Bank arasında kreditləşmə üzrə sənədləşmənin təmini və hesabatların təqdim edilməsi.
  • Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu ilə Kreditlərin İlkin və Yenidən maliyyələşdirilməsi üzrə hesablaşmalarının aparılması.
  • Filialların kredit əməkdaşlarına ipoteka məhsulları üzrə lazımi məsləhətlərin verilməsi və onların bu sahədə işinə nəzarət;
  • Elektron İpoteka və Kredit Zəmanət Sistemi üzrə əməliyyatların aparılması.

Tələblər

·     İqtisadiyyat, maliyyə və bank işi sahəsində ali magistr təhsili;

·     Bankda Kredit sahəsində (Biznes və Fond kreditləri sahəsində iş təcrübəsi arzuolunandır) minimum 3 il iş təcrübəsi;

·     Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;

·     Analitik düşüncə və detallara fikir vermə qabiliyyəti;

·     Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);

·     Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;

·     Yüksək qavrama və öyrənmə qabiliyyəti;


Vakansiya haqqında

Son tarix

mart 9, 2024

Paylaşılıb

yanvar 29, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə