Xalq Bank
Ana səhifə
/
/
/
İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi

İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi

  • Xalq Bank
  • İnşaatçılar prospekti, Bakı, Azerbaijan
  • Tam ştat

04-04-2024

6.8K

Təsvir

Ø AR qanunvericiliyin tələblərinə əsasən işçilərin işə qəbulu, azad olması, başqa vəzifəyə keçirilməsinin rəsmiləşdirilməsi;

Ø AR qanunvericiliyin tələblərinə əsasən məzuniyyət, ezamiyyət və digər işdə olmama hallarının rəsmiləşdirilməsi;

Ø İşçilərin şəxsi işlərinin formalaşdırılması;

Ø Əmək müqavilələri, onlara əlavə və dəyişikliklərin edilməsi və onların müvafiq qaydada elektron hökümət portalında işlənməsi;

Ø Əmək müqaviləsinin xitam verilməsinin rəsmiləşdirilməsi və müvafiq qaydada elektron hökümət portalında işlənməsi;

Ø İşçilərin əmək və icra intizamının pozulması ilə bağlı müvafiq tədbirləri rəsmiləşdirmək;

Ø Əmək intizamının monitorinqini həyata keçirmək, Bankın buraxılış nəzarət sistemi vasitəsilə alınan hesabatların araşdırılmasını və gecikmə halları ilə bağlı müvafiq tədbirlərin görülməsini təmin etmək;

Ø Aylıq avans və əmək haqqı tabel uçotunu aparılması;

Ø Ştat cədvəlinin tərtibi, ona müvafiq əlavə və dəyişikliklərin edilməsi;

Ø İşçi heyəti ilə bağlı müxtəlif növ arayışları, xasiyyətnamələri hazırlamaq və aidiyyəti üzrə təqdim etmək

Ø Azərbaycan Respublikası Dövlət Miqrasiya xidmətinə Bankın əməkdaşlarının fərdi iş icazəsi, müvəqqəti yaşama icazəsinin alınması üçün sənədlərin hazırlamaq;

Ø İşçilərin icbari tibbi müayinəsi, icbari və könüllü sığortası, sosial sığorta hadisələrinin baş verməsi zamanı müavinətlərin təyin edilməsi üzrə müvafiq sənədləşmə işlərini icra etmək.

Tələblər

Ø Ali magistr təhsili;

Ø Azərbaycan dilini mükəmməl səviyyədə bilmək;

Ø Sosial sığorta, sosial təminat qanunvericiliyini bilməli və miqrasiya qanunvericilyinin əsaslarını bilmək;

Ø Əmək qanunvericiliyini mükəmməl bilməli 

Ø Bu sahədə 3 (üç) ildən artıq təçrübə;

Ø Əmək qanunvericiliyini bilmək;

Ø Namizədlərin məlumatlarının 1C 8.3 versiyasında işləyə bilməsi;

Ø Kompüter bilikləri;

Ø Ofis ləvazimatları (printer, scanner, fax) ilə işləmək bacarığı;

Ø Ünsiyyətcil, komandada işləmək bacarığı;

Ø Stressə davamlılıq;

Ø İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.

Vakansiya haqqında

Son tarix

may 3, 2024

Paylaşılıb

aprel 4, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə