Unibank Kommersiya Bankı
Ana səhifə
/
/
/
İnsan Kapitalı üzrə Biznes Partnyor

İnsan Kapitalı üzrə Biznes Partnyor

23-04-2024

4.7K

Təsvir

  • Pərakəndə Biznes istiqaməti üzrə departamentlərin rəhbərləri ilə birgə İnsan Kapitalı strategiyasını biznes strategiyasına uyğunlaşdırmaq və ən yaxşı təcrübə (“best practice”) səviyyəsinə çatmaq üçün dəyişiklik agenti kimi çıxış edərək dəyişiklik və transformasiyaya dəstək olmaq;
  • Pərakəndə Biznes istiqaməti üzrə departamentlər üçün illik İnsan Kapitalı siklini idarə etmək (iş fəaliyyətinin effektivliyinin idarəedilməsi, vəzifə və əmək haqqı artımları, mükafatlar və bonuslar, faydalar, imtiyazlar və s.);
  • Mütəmadi olaraq fəaliyyətin dəyərləndirilməsi, siyasət və prosedurların tətbiqi, istedadların idarəedilməsi və işçilərlə münasibətləri barədə rəhbərlərin kouçinqini həyata keçirmək;
  • Mütəmadi olaraq kadr ehtiyaclarının təhlilini aparır və həmin ehtiyaclar üçün istedadların və effektivliyin idarəedilməsi strategiyalarını tərtib edir;
  • Əməkdaşların bankda saxlanılması, motivasiyası və inkişafı üçün daim tədbirlər planının hazırlanması və həyata keçirilməsi;
  • Aidiyyatı rəhbərlər və işçilərlə daim olaraq ünsiyyətdə olub heyətin idarəedilməsi sahəsində dəstək göstərmək, əməkdaşların tələb və təkliflərini düzgün analiz edərək dəyərləndirmək;
  • Müxtəlif metrikaları və trendləri təhlil etmək, təhlilin əsasında insan kapitalının idarə edilməsinin ehtiyacları üçün ideyalar vermək;


Tələblər

  • Ali təhsil;
  • HR sahəsində ən azı 2 il, HR Generalist rolunda minimum 1 il iş təcrübəsi;
  • HR sertifikatı üstünlük sayılacaq;
  • Əmək qanunvericiliyi tələbləri də daxil olmaqla HR prinsipləri və praktikasının tətbiqi üzrə təcrübə mütləqdir;
  • Güclü liderlik bacarıqları, yüksək şəxsi hədəflərin qoyulması və müstəqil olaraq işləmək bacarığı;
  • Mükəmməl ünsiyyət və münasibət qurmaq bacarığı;
  • Güclü vaxtın idarəedilməsi, təşkilatçılıq və prioritetləşdirmək bacarıqları;
  • Biznes savadlılığı və müştəri idarəedilməsi bacarığı;
  • Azərbaycan və ingilis dillərində sərbəst bilik, rus dilini bilməsi arzuolunandır.



Vakansiya haqqında

Son tarix

iyun 2, 2024

Paylaşılıb

aprel 23, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə