Unibank Kommersiya Bankı
Ana səhifə
/
/
/
Daxili kommunikasiya üzrə Mütəxəssis

Daxili kommunikasiya üzrə Mütəxəssis

02-04-2024

4K

Bağlanılıb

Təsvir

·       Təşkilati İnkişaf üzrə menecerlə birlikdə Biznes strategiyasına uyğun olaraq Tİ strategiyasının dizaynının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

·       Təlim büdcəsi və təlim proqramlarının hazırlanmasında fəal iştirak etmək;

·       Bankın əməkdaşları iştirak edən bütün təlimlərin və seminarların təşkili və koordinasiyası;

·       Keçirilən təlimlər üzrə təlim şirkətləri ilə müqavilələrin bağlanılması və ödənişlərin həyata keçirilməsi;

·       Daxili və xarici təlim mənbələrini izləmək, Təlim və İnkişaf prosesləri ilə bağlı təkliflər təqdim etmək;

·       Bankın yüksək potensial (HİPO) və davamçılıq siyasəti üzrə prosesin qurulması, ehtiyac olduqda dəyişikliklərin edilməsi və icrasının təmin edilməsi;

·       Kadr hazırlığı və inkişafının ümumi səviyyəsini yaxşılaşdırmaq üçün müvafiq təkliflər vermək;

·       Bankın davamçıların (successors) təlim və inkişaf proqramlarının hazırlanması və icrasının təmin edilməsi

·       İstər distant, istərsə də canlı olaraq müxtəlif korporativ tədbirlər təşkil etmək;

·       İşçilərin qeyri-maddi motivasiyası üçün təşəbbüslər təqdim etmək və müvafiq tədbirlər görmək;

·       Bankın bütün daxili kommunikasiyasını (elanlar, xəbərlər, sorğular və s.) həyata keçirmək;

·       Əməkdaşların adaptasiya prosesində iştirak etmək;

·       Bütün sənədlərdə, elektron məlumat bazalarında müvafiq qeydləri və hesabatları aparmaq;

·       Təşkilati İnkişaf meneceri tərəfindən digər tapşırıqları yerinə yetirmək;

·       Əməkdaşların motivasiyasının artırılması üçün yeni təkliflərin verilməsi.

Tələblər

·       Ali təhsil;

·       Mükəmməl kompüter bacarıqları (MS Excel, MS Power Point, Internet);

·       Təşkilati və İnkişaf sahəsində ən azı 1 illik təcrübə;

·       Azərbaycan və rus dillərini əla səviyyədə bilmək (ingilis dili biliyi üstünlükdür);

·       Elan mətnlərin yazma qabiliyyəti və SMM bacarıqları;

·       Böyük korporativ tədbirlərin təşkili bacarıqları və bu cür tədbirlərin təşkilində təcrübənin olması;

·       Təqdimat hazırlma proqramlar ilə iş bacarığı;

·       Özünü motivasiya etmək bacarığı, həvəs və nəticə yönümlülüyü;

·       Güclü ünsiyyət, yüksək kommunikasiya qurma və təqdimat bacarıqları;

·       Yüksək təşkilati bacarıqlar.

Vakansiya haqqında

Son tarix

may 12, 2024

Paylaşılıb

aprel 2, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə