Unibank Kommersiya Bankı
Ana səhifə
/
/
/
Verilənlər Bazasının Administratoru (Database Administrator)

Verilənlər Bazasının Administratoru (Database Administrator)

04-04-2024

561

Bağlanılıb

Təsvir

  • Yeni verilənlər bazasını yaratmaq;
  • Əsas baza obyektlərini (table, cluster, sequence, packages, procedures və.s) idarə etmək;
  • İstehsal qabiliyyətinin monitorinqini, optimallaşdırılmasını və tuninqini həyata keçirmək;
  • İstifadə olunan məlumat bazalarını və alətləri yükləmək və ya cari versiyanı yeniləmək;
  • Proqramlar arasında baza resurslarının optimal bölgüsünü təşkil etmək;
  • Resurslardan daha çox istifadə edən prosesləri/obyektləri müəyyən edib optimallaşdırmaq;
  • Verilənlər bazasının ehtiyat surətini planlaşdırılmış qaydada çıxarmaq;
  • Verilənlər bazasını ehtiyat bazadan bərpa etmək;
  • Standby(Replika) bazalarda məlumatları aktual vəziyyətdə saxlamaq;
  • Məlumat bazalarında yaranan xətaları təsbit etmək, bu bildirişlərin avtomatık göndərilməsini təmin etmək;
  • Mövcud və yeni təhlükəsizlik tədbirlərini öyrənmək və tətbiq etmək;
  • Mümkün təhlükəsizlik riskləri barədə rəhbərə məlumat vermək;
  • Test, təlim və digər məqsədlər üçün yeni bazalar yaratmaq;
  • Tətbiq olunan proqramların performasını artırmaq məqsədi ilə SQL sorğuların optimallaşdırılması, indekslərin istifadəsi və bölümləmə işlərini həyata keçirmək;
  • Verilənlər bazası və yardımçı alətlərin, proqramların işində yaranan nasazlıqları aradan qaldırmaq;
  • Bankın cari işinin və lahiyələrini nəzərə alaraq verilənlər bazasının həcmini daim aktual tələblərə cavab verməsini təmin etmək;
  • Vəzifə öhdəlikləri və səlahiyyətlərinin çərçivəsindən çıxmamaq şərtilə, fəaliyyətini mövcud Əsasnaməyə, bankdaxili prosedur və qaydalara, AR-nın bu sahədə mövcud qüvvədə olan qanunvericiliyinə uyğun həyata keçirmək;
  • Rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Tələblər

  • Postgresql və ya Mongodb verilənlər bazalarından ən az biri ilə iş təcrübəsi olmalıdır;
  • Oracle verilənlər bazası və Oracle Weblogic ilə təcrübəsinin olması arzu olunandır;
  • Kollektivlə ünsiyyət qurmaq bacarığı;
  • Yeniliklərə açıq, daim özünü inkişaf etdirən biri olmalı;
  • Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı;
  • SQL və shell scripting biliyi mütləqdir.

Vakansiya haqqında

Son tarix

aprel 19, 2024

Paylaşılıb

aprel 4, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik