Unibank Kommersiya Bankı
Ana səhifə
/
/
/
Rəqəmsal Bankçılıq üzrə Məhsul Sahibi

Rəqəmsal Bankçılıq üzrə Məhsul Sahibi

30-03-2022

842

Bağlanılıb

Təsvir

  • Bazarın artım potensialını və cari bazar ehtiyaclarını təhlil edərək layihənin mümkünlüyünü müəyyən etmək üçün araşdırmalar (marketinq, SWOT və s.) aparmaq;
  • Rəqiblərin araşdırılması və müqayisəli təhlili (rəqibin müştərilərə dair təcrübəsi, zəifliyi və gücü ilə bağlı dərin araşdırmalar aparmaq);
  • Developerlərlə sıx şəkildə əməkdaşlıq edərək yeni layihənin hazırlanmasında iştirak və nəzarət etmək, lazım olduqda məzmun əlavə etmək;
  • Scrum çatdırılma platforması ilə inkişaf proseslərini izləmək;
  • Backend, frontend, dizayner, iOS və Android developerləri və moderator qrupu ilə yaxından işləyərək layihəni təkminləşdirmə prosesində iştirak etmək;
  • Platformanın funksionallığını yoxlamaq (xüsusi tətbiq, kuryer tətbiqi, satıcı paneli, çatdırılma paneli, işçilər paneli) və xətaları bildirmək;
  • Platforma panelləri ilə əlaqədar sənədləri yeniləmək;
  • Məhsulu optimallaşması məsələlərini həll etmək üçün Marketinq, Satış, Moderasiya, Maliyyə qrupları ilə işləmək;
  • Moderasiya qrupu üçün gündəlik və həftəlik iş planı hazırlamaq və işinə nəzarət etmək.

Tələblər

  • Kompüter Elmləri, Mühəndislik və ya buna bənzər sahədə bakalavr dərəcəsi;
  • Azərbaycan dilini sərbəst, rus və ya ingilis dillərindən birini yüksək dərəcədə bilməsi;
  • "Agile" proses və prinsipləri haqqında anlayışı olması arzuolunandır;
  • Microsoft Office məhsullarından istifadə bacarığı;
  • Dünyagörüşü və yaradıcı düşüncə;
  • Detallara xüsusi diqqət yetirmək;
  • Nəticə yönümlü və problemləri həll etmək bacarığı;
  • Planlaşdırmaq, prioritetləşdirmək və təşkil etmək bacarığı;
  • Mükəmməl ünsiyyət, təqdimat və liderlik bacarıqları.

Vakansiya haqqında

Son tarix

aprel 13, 2022

Paylaşılıb

mart 30, 2022

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə