Grandmart

Azərbaycan pərakəndə bazarında 20 ilə yaxındır fəaliyyət göstərən Grandmart supermarketlər şəbəkəsi hal-hazırda 96-ya yaxın filialla müştərilərin ixtiyarındadır. Paytaxt Bakı şəhərində ilk filialı ilə fəaliyyətə başlayan Grandmart supermarketlər şəbəkəsi bununla yanaşı ölkənin digər regionlarında da filial açılışlarını gerçəkləşdirmişdir. Avromart, Səbət, Yaxın, Fresco supermarketlərini də öz əhatə dairəsinə qatan Grandmart bununla da filial sayını əhəmiyyətli dərəcədə artırmağa nail olmuşdur. Qeyd edək ki, supermarketlər şəbəkəsi 40 mindən çox məhsul çeşidinin satışını həyata keçirir. Grandmart Supermarketlər Şəbəkəsində hazırda 1500-ə yaxın əməkdaş çalışmaqdadır. 4 mərtəbəli mərkəzi ofisdə satış, kommersiya, marketinq, maliyyə, insan resurrsları, informasiya texnologiyaları və digər şöbələr yerləşmişdir. Bununla yanaşı şirkətin anbar logistika sistemi də mövcuddur. Paytaxt Bakı şəhərində 5000 kv ərazidə yerləşən mərkəzi anbar soyutma-isitmə sistemləri və yük maşınları ilə təmin olunmuşdur.

View More
2018
Recent openings

Recent openings