PASHA Bank
Ana səhifə
/
/
/
Özəl Bankçılıq üzrə Assistent

Özəl Bankçılıq üzrə Assistent

29-04-2024

1.2K

Təsvir

İşiniz nədən ibarətdir?


  • Müştərinin (həm bankdaxili, həm də xarici) müvafiq qaydada qarşılanması və onlara peşəkar xidmətin göstərilməsi;
  • Müştəri loyallığını qorumaq üçün müştərilər ilə müsbət münasibətlərin qurulması və saxlanılması;
  • Bütün kommunikasiya vasitələrindən istifadə edərək xidmətlər/məhsullarla əlaqəli lazımı tədbirlərin görülməsi;
  • Gündəlik tapşırıqların razılaşdırılmış müddət çərçivəsində və standartların ən yüksək səviyyəsində icrasının təmin edilməsi;
  • Müştəri qeydləri və müştəriyə aid olan bütün məlumatlarının məxfiliyinin qorunması məqsədilə bütün lazımi prosedurların icrası;
  • İcra olunan bütün əməliyyatların Bankın Komplayns tələblərinə uyğunluğun təmin edilməsi;
  • Hər hansı mümkün olan saxtakarlıq əməliyyatların aşkarlanması və aidiyyəti struktur bölmələrə yönəldilməsi;
  • Bütün müvafiq sənəd və hesabatların dəqiqliklə və razılaşdırılmış müddət çərçivəsində tamamlanması;
  • Həyata keçirilən əməliyyatlar üzrə sənədləşmə axınının (müştərilər haqqında məlumatlar daxil olmaqla) və təsdiq edilmiş daxili qayda və prosedurlara əsasən sənədləşmələrin arxivləşdirilməsinin təmin edilməsi;
  • Ehtiyac olduqda filialda müştəri xidmətləri işçilərinin əvəz edilməsi;
  • Bank məhsulları üçün çarpaz satışın dəstəklənməsi;
  • Filial rəhbəri və filial koordinatoru tərəfindən təyin olunmuş tapşırıq və layihələrin planlaşdırılması;
  • Bank standartlarına uyğun məktubların hazırlanması, Filiala əlaqəli məktubların qəbulu və göndərilməsi;
  • Müştəri şikayətlərinin vaxtında aşkarlanması və aidiyyəti struktur bölmələrə qeydiyyatının təmin edilməsi.

Tələblər

Sizdən nə tələb olunur?

 

  • Təhsil: İqtisadiyyat və bənzər sahə üzrə Bakalavr təhsili;
  • Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə 1 (bir) ilədək;
  • Xarici dillər: Rus dili (yüksək səviyyədə), İngilis dili (orta səviyyədə);
  • Kompüter bilikləri: Microsoft Office (MS Word, MS Excel);
  • Məhsul üzrə biliklər: müvafiq daxili Siyasət və Prosedurlar, Bankın məhsul və xidmətləri barədə məlumatlılıq, qanunvericilik üzrə müvafiq biliklər;
  • Məhsul üzrə biliklər: hesabat hazırlama, güclü ünsiyyət, münaqişələrin həlli, innovativ düşünmə və özünüinkişaf bacarıqları. 

Vakansiya haqqında

Son tarix

iyun 8, 2024

Paylaşılıb

aprel 29, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə