PASHA Bank
Ana səhifə
/
/
/
Chapter lead(Core Banking)

Chapter lead(Core Banking)

06-04-2024

656

Təsvir

Təsvir

İşiniz nədən ibarətdir?


  • Məhsul stream-i və komandanın bütün texnologiyasını idarə etmək və yönəltmək.
  • Məhsulun hazırlıq prosesində şəxsən iştirak etmək, mühəndislik komandasının idarə edilməsində və gündəlik məhsulunun təkmilləşdirilməsinin aparılmasında müvəffəqiyyət əldə etmək üçün məhsulu idarə etmək
  • Rəqəmsal məhsulların strategiyaları və plan üzrə agile komandaları dəstəkləmək və bu prosesdə iştirak etmək
  • Məhsul stream-i daxilində platformaları, alətləri, texnoloji steki qiymətləndirmək və testdən keçirmək.
  • Mühəndislər arasında agile iş prinsipini nəzarətdə saxlayaraq proqram təminatı prosesini təkmilləşdirmək
  • Yüksək potensiala malik işçilərin hazırlanması və inkişaf etdirilməsi üçün stream daxilində komanda və individual olaraq işçiləri işə qəbul etmək və onlara koçluq etmək
  • Məhsul stream-i daxilində resursları idarə etmək
  • Daha çox və yaxşı rəqəmsal məhsullar yaratmaq məqsədilə bankın texnologiyasını təkmilləşdirmək üçün ən son texnoloji innovasiyaları həyata keçirmək
  • Stream-in əsas biliklərinin sənədləşdirilməsini təmin etmək, yeni təlimatlar hazırlamaq və mövcud olanı təkmilləşdirmək
  • Mühəndislik fəaliyyətlərində iştirak etmək və onları aparmaq




Tələblər

Sizdən nə tələb olunur?


  •      Təhsil: Komputer mühəndisliyi,Komputer elmləri, Tədbiqi riyaziyyat və digər müvafiq sahə üzrə bakalavr, magistr dərəcəsi
  •      Tələb olunan iş təcrübəsi: Proqram mühəndisliyi üzrə minimum 7 il təcrübə. Front end və back end proqramlaşdırma, avtomatlaşdırılmış test, infrastruktur və arxitektura məlumat bazası texnologiyaları üzrə bilik və təcrübə. Agile metodu haqqında təcrübə arzuolunandır.
  •      Lisenziya/Sertifikat: N/A
  •      Xarici dillər: İngilis(yaxşı)
  •      Komputer bilikləri: Müvafiq dillərdən ən azı 4-ü mükəmməl bilmək: Node.js, Python, Golang, Kotlin, Java, PHP, Perl, SQL, HTML, .Net, React, Angular.Verilənlənlərin strukturu və alqoritm biliyi.
  •      Məhsul üzrə biliklər: RESTful APIs, Single Sign On, LDAP, Search texnologiyaları
  •      Bazar üzrə biliklər: N/A
  •      Başqa tələblər: Cüt proqramlaşdırma, dizayn mock-ups, CI/CD, təhlükəsizliyin yaradılması, informasiya təhlükəsizliyi, test yönümlü inkişaf üzrə təcrübə

Vakansiya haqqında

Son tarix

may 16, 2024

Paylaşılıb

aprel 6, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik