PASHA Bank
Ana səhifə
/
/
/
Hesablaşmalar şöbəsində Klirinq və Müxbir Hesabların İdarəedilməsi qrupunun Mütəxəssisi

Hesablaşmalar şöbəsində Klirinq və Müxbir Hesabların İdarəedilməsi qrupunun Mütəxəssisi

06-04-2024

1.1K

Təsvir

İşiniz nədən ibarətdir?


  • Müvafiq daxili və xarici qayda və prosedurlara uyğun olaraq müştəri və maliyyə əməliyyatları zamanı daxili və xarici müştərilərə dəstəyin göstərilməsi; Təsdiq edilmiş limitlər çərçivəsində əməliyyatların icra edilməsi;
  • Müştəri ilə müsbət münasibətlərin saxlanılması və onların tam məmnunluğu və gözləntiləri üçün peşəkar məsləhətlərin verilməsi;
  • XSM-i çərçivəsində müştəri ödənişlərin gedişatını müəyyənləşdirmək üçün əlaqəli struktur bölmələrindən daxil olan sorğuların vaxtında cavablandırılmasınən və icrasının təmin edilməsi, problemlərin müəyyənləşdirilməsi və ehtiyac olduqda müştərilərin onların həlli yolları ilə təmin edilməsi;
  • Xəzinədarlığa dəstək funksiyası kimi daxili qaydalara və qanunvericiliyə riayət edərək əməliyyatların təsdiq edilmiş risk limitləri çərçivəsində yerinə yetirilməsinin yoxlanması və icrası;
  • Ticarətin Maliyyələşdirilməsinə dəstək funksiyası kimi daxili qaydalara və qanunvericiliyə riayət edərək əməliyyatların təsdiq edilmiş limitlər çərçivəsində yerinə yetirilməsi;
  • Daxil olan və köçürülən müştəri ödənişlərinin, müraciətlərinin icra edilməsində sənədlərin düzgün hazırlanması, ödəniş sistemlərində və bank sistemində növbəti icralarla bağlı məlumatların düzgünlüyünün və yetərliliyinin yoxlanılması;
  • Nostro hesablarının effektiv idarə edilməsi və ödənişlərin davamlı icrası üçün risk limitləri çərçivəsində və müxbir bankların tələbi çərçivəsində qalıqlara nəzarətin edilməsi və vaxtlı vaxtında əməliyyatların icra edilməsi;
  • Gündəlik olaraq Xəzinədarlıq portfelinin hazırlanmasına dəstəyin göstərilməsi;
  • Faiz hesablamalarının və qalıqlarının düzgünlüyünün yoxlanılması, cədvələ uyğun ödəmələrin vaxtında olunmasına nəzarət edilməsi, qarşı tərəflə ilkin danışıqların aparılması, qanunvericilik və daxili prosedurlara əsaslanan məsələlərin təyin olunmuş şərtlərinin düzgünlüyünün yoxlanılması;
  • Gündəlik olaraq əməliyyatların vaxtında və dəqiq icrasını təmin etmək üçün müxbir banklardan daxil olan məlumatlara əsaslanaraq təsdiqlənmiş tariflər cədvəlinə uyğun bütün əməliyyatların və nostro hesablarla ödənişlər ilə bağlı əməliyyatların yoxlanılması və icra zamanı uyğunsuzluqlar olduğu halda müvafiq addımların (müxbirlərlə danışıqların aparılması və daxili / xarici müştərilərə hesabatların verilməsi) atılması;
  • Gündəlik olaraq yoxlama ilə hesabatların hazırlanması və həftəlik olaraq Maliyyə İdarəedilməsi  Departamentinə təqdim edilməsi;
  • Qəbul edilmiş tariflər cədvəlinə uyğun olaraq loro hesablara faizlərin hesablanmasının təmin edilməsi və düzgünlüyünün yoxlanılması;
  • Dövlət strukturları və investisiya agentlikləri arasında həyata keçirilən qiymətli kağızların və törəmə maliyyə alətlərinin rəsmiləşdirilməsinə və hesablaşmasına dair nəzarətin edilməsi və hesablamaların aparılması;
  • Daxil olan ödənişlərin uyğunsuzluqlarının müəyyənləşdirilməsi və müvafiq hesablarda həmin məbləğlərin vaxtında öz əksini tapması. Daxili qaydalara və qanunvericiliyə uyğun olaraq müvafiq addımların atılması və vaxtında düzgün icrasının təmin olunması;
  • Ödənişlərlə bağlı banklardan daxil olan sorğuların icra edilməsi, iddiaların səbəbinin aydınlaşdırılması və müştərinin vaxtında məlumatlandırılması və aşkar edilmiş problemləri aradan qaldırmaq üçün onların həlli yollarının axtarılması;
  • Müştəri ödənişlərinə dair müxbir banklar tərəfindən daxil olan komplayns sorğularına cavabın hazırlanması üçün müştəri ilə əlaqənin yaradılması, məlumatın toplanması, hazırlanması və daxili qaydalar çərçivəsində müxbir banka təqdim edilməsi;  
  • Əməliyyatların icrası zamanı problemli məsələlərin müəyyənləşdirilməsi, müvafiq addımların atılması və müvafiq struktur bölmələrə hesabat verərək daxili qayda və prosedurlara uyğun şəkildə onlarla bağlı vaxtında qərar qəbul edilməsi;
  • Əməliyyat gününün sonunda bütün əməliyyatların vaxtlı-vaxtında və dəqiq icrasını təmin etmək üçün müvafiq tranzit hesabların yoxlanılması;
  • Ödənişlərinin müxbir münasibətlərdə effektiv idarə edilməsi prosesinə dəstəyin göstərilməsi;
  • Müştəridən daxil olan şikayətlərin idarə edilməsi, problemlərin müəyyənləşdirilməsi və prosedurların yoxlanması, müştəri məmnunluğunu təmin etmək üçün baş mütəxəssis ilə birlikdə müştəri ilə bağlı hər hansı problemli situasiyaların həlli yollarının axtarılması;
  • Şöbə daxilində prosedurların inkişafı və optimallaşdırılmasında iştirak edilməsi.

Tələblər

Sizdən nə tələb olunur?


  • Təhsil: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili
  • Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə minimum 3-4 il 
  • Xarici dillər: Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (orta), Rus dili (orta)
  • Kompüter bilikləri: Microsoft Office
  • Məhsul üzrə biliklər: daxili siyasət və proseduralar, məhsul barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri, Xəzinədarlıq, Qeyri-kredit bankçılıq xidmətləri, Fərdi bankçılıq məhsulları, Ödəniş sistemləri sahəsində təcrübə
  • Başqa tələblər: Koçinq bacarığı, başqalarını istiqamətləndirmək və idarə etmək, hesabat hazırlama bacarığı, güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı. 


Vakansiya haqqında

Son tarix

may 16, 2024

Paylaşılıb

aprel 6, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə