PASHA Bank
Ana səhifə
/
/
/
Kreditləşmə, İnnovasiya və Xidmətlərin Optimizasiyası sahəsi üzrə Məhsul Sahibi

Kreditləşmə, İnnovasiya və Xidmətlərin Optimizasiyası sahəsi üzrə Məhsul Sahibi

05-04-2024

1K

Təsvir

İşiniz nədən ibarətdir?


  • Rəqəmsal ticarətin maliyyələşməsi məhsulları üçün strategiyanı müəyyən etmək, bankın ümumi rəqəmsal transformasiya hədəfləri ilə uyğunlaşdırmaq;
  • Məhsul dizaynı və inkişafında istifadəçi-mərkəzli yanaşmanın tətbiqi, məhsulların istifadəçi ehtiyaclarını və gözləntilərini qarşıladığına əmin olmaq üçün müştəri təhlillərin aparılması;
  • Ətraflı bazar araşdırması və rəqabət təhlilinin aparılması. Təhlillər nəticəsində məhsul və segment strategiyasnın yenilənməsi;
  • Məhsulların inkişafında Agile metodologiyanın tətbiq olunması;
  • Ticarətin maliyyələşməsi məhsullarının rəqəmsal transformasiyasını idarə etmək və əməliyyat effektivliyini artırılması;
  • Bütün rəqəmsal ticarət maliyyəlşməsi məhsullarının hüquqi standartlara və tənzimləmə tələblərinə uyğun olduğundan əmin olmaq. Məhsul inkişaf prosesi boyu riskləri proaktiv şəkildə müəyyən etmək və azaltmaq;
  • Məhsulun uğurunu ölçmək və gələcək inkişaf prioritetlərini məlumatlandırmaq üçün əsas performans göstəricilərini (KPI) müəyyən etmək və izləmək. Analitik məlumatlara və performans məlumatlarına əsaslanaraq strategiyaları tənzimləmək;
  • Ehtiyac olduqda digər filialda müştəri xidmətləri işçilərinin əvəz edilməsi;
  • Bankın Təşkilati Risklərin İdarəedilməsinə dair siyasətinə əməl etmək;
  • İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımları atmaq.

Tələblər

Sizdən nə tələb olunur?


  • Təhsil: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili
  • Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə minimum 3 il 
  • Lisenziya / Sertifikat: Agile/Scrum sertifikatı üstünlükdür
  • Xarici dillər: Azərbaycan dili (səlis), Rus dili (səlis), İngilis dili (orta)
  • Sistem bilikləri: Tableau, JIRA, BI
  • Məhsul üzrə biliklər: Rəqəmsal məhsulların inkişafə və ticarət maliyyələşməsi məhsulları ilə iş təcrübəsi


Vakansiya haqqında

Son tarix

may 15, 2024

Paylaşılıb

aprel 5, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə