PASHA Bank

UX/UI Baş Dizayner

01-04-2024

864

Təsvir

·       Layihə və məhsulların hazırlanmasında müştəri təcrübəsi, istifadəçiyə yönümlü interfeyslər və prototiplərlə yüksək səviyyədə işləmək;

·       Müştərilərə böyük dəyər gətirən innovativ həllərin yaratmaq;

·       Komanda ilə mütəmadi əlaqədə olmaq və onlara məqsədlərin qoyulmasında kömək etmək və düzgün qaydada yönləndirmək;

·       Rəqəmsal həllərin yaradılmasına dəstək olan seminarlar və "Design Thinking" yanaşmasının tətbiq ermək;

·       Müstəqil və köklü araşdırma aparmaq: Müştərilərlə və prosesdə iştirak edən komandalarla müsahibələr keçirilmək, nəticələri və müştəriləri istəklərini toplamaq;

·       Komandada UX/UI biliklərinin artırılmasında bilavasitə roy oynamaq;

·       Məhsulların dizayn tərtibatının yaradılması zamanı komanda üzvlərinə tövsiyyələr və rəylər vermək;

·       PAŞA Bank-ın Dizayn sistemindən istifadə etmək, yeni komponentlər və qaydalar yaratmaq;

·       Məhsulun hazırlanma prosesində komandada olan mühəndislərlə sıx əlaqədə olaraq onun müştərilərə mükəmməl şəkildə təhvil verilməsinə nəzarət etmək;

·       Komandanın sürət imkanlarını artırmaq üçün lazımi imkanları müəyyənləşdirmək və tətbiq etmək;

·       Müştərilərin istəklərini toplamaq və nəticə şəklində qeyd etmək;

·       İstifadəçi təcrübəsini artırmaq üçün komandaya dizayn layihələrdə dəstək vermək.

Tələblər

  • Proqram təminatı, istifadəçi təcrübəsi və interfeysinin yaradılması sahəsində 5 ildən artıq təcrübə. Agile metodologiyası ilə iş biliklərininin olması üstünlükdür;
  • İstifadəçi yönümlü rəqəmsal həllərin, məhsulla bağlı güclü instinktlərin və prosesslərin tez zamanda müəyyənlişdirilməsi bacaığı;
  • Prototiplərin hazırlanması, A/B testlər, istifadəçi testlərinin keçirilməsi və istifadəçilərin araşdırılması sahəsində biliklər;          
  • Məhsulun hazırlanmasında konsept mərhələsindən başlayaraq tam müştəriyə təhvil verilməsinə qədər bütün prosesslərdə təcrübə;
  • Qrafik və vizual dizayn üçün nəzərdə tutulmuş Sketch, Adobe Suite və digər digital dizaynların hazırlmasında işi rahatlaşdıran alətlərin sərbəst istifadəsi;
  • Komponentlərin yaradılması, istifadəçi interfeysin yaradılmasında istifadə olunan dizayn kitabxana ilə iş təcrübəsi;
  • Yaradıcılıq, kreativlik, yeni trendlərin araşdırılması, komanda üzvlərini ruhlandırmaq, bilik və təcrübələrinin daimi artırmaq istəyi;
  • Minimal olaraq İngilis dilində "Intermediate" səviyyəsində biliklər.

Vakansiya haqqında

Son tarix

may 11, 2024

Paylaşılıb

aprel 1, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə