PASHA Bank
Ana səhifə
/
/
/
KOS müştərilərə dəstək üzrə Kiçik mütəxəssis

KOS müştərilərə dəstək üzrə Kiçik mütəxəssis

31-03-2024

1.1K

Təsvir

İşiniz nədən ibarətdir?


  • KOS (kiçik və orta sahibkarlar) müştərilərdən daxil olan zənglərin vaxtında və keyfiyyətli cavablandırması;
  • Daxil olan zənglər və sorğulara əsasən Bankda istifadə olunan müxtəlif proqram təminatları vasitəsilə aparılan bütün əməliyyatların Bankın "komplayns" tələblərinə uyğun icra edilməsi;
  • Hər hansı mümkün olan saxtakarlıq əməliyyatlarının aşkarlanması və aidiyyəti struktur bölmələrə yönləndirilməsi;
  • Şikayət və təkliflər ilə iş: Banka hər hansı şikayət / təklif və ya texniki çətinlik ilə bağlı müraciət daxil olarsa, mütləq olaraq qeydiyyatının düzgün kateqoriyalarda aparılmasına, qeydiyyatının "açıq" statusunda olarkən izlənilməsinə və müştərilərə vaxtında cavabın təqdim edilməsinə nəzarət edilməsi;
  • Videozəng prosesi zamanı, online bank əməliyyatları (cari hesabın açılması və s.), əmək haqqı kartları və digər məhsul / xidmətlər ilə bağlı müştərilərə dəstəyin göstərilməsi;
  • Hesab üzrə qalıq, sərəncam və ödəniş statusları üzrə araşdırmaların aparılması, məktubların yazılması və müştərilərin məlumatlandırılması.

Tələblər

Sizdən nə tələb olunur?


  • Təhsil: Maliyyə, İqtisadiyyat və ya digər uyğun ixtisas üzrə Bakalavr təhsili;
  • Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə minimum 1 (bir) il;
  • Xarici dillər: Azərbaycan (ana dili), Rus (yüksək səviyyədə) və İngilis (orta səviyyədə);
  • Kompüter bilikləri: Microsoft Office (MS Word, MS Excel).

Vakansiya haqqında

Son tarix

aprel 29, 2024

Paylaşılıb

mart 31, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə