PASHA Bank
Ana səhifə
/
/
/
Kredit Risklərin İdarəedilməsi şöbəsinin Ehtiyatlanma Qrupuna Baş Mütəxəssis

Kredit Risklərin İdarəedilməsi şöbəsinin Ehtiyatlanma Qrupuna Baş Mütəxəssis

  • PASHA Bank
  • 13 Yusif Məmmədəliyev, Bakı 1005, Azərbaycan
  • Tam ştat

28-03-2024

777

Təsvir

İşiniz nədən ibarətdir?


  • Bankın aktiv metodologiyalarının, proses və siyasətlərinin nəzərdən keçirilməsi və lazımi təkliflərin verilməsi;
  • Kredit portfelinin ehtiyatlanmasının optimum vəziyyətə gətirilməsi, ehtiyac yarandığı təqdirdə əlavə və düzəlişlərin təklif edilməsi və dəstəklənməsi;
  • Müştərilər üzrə ehtiyatlanmanın analiz olunması, digər struktur bölmələr ilə mütəmadi kommunikasiyaların aparılması, lazımi göstərişlərin verilməsi;
  • Kredit portfelinin auditi zamanı daxili və xarici audit komandaları ilə mütəmadi iş birliyinin təmin olunması və sorğuların analiz olunaraq vaxtında cavablandırılması;
  • Bankın kredit risklərinin idarə edilməsi siyasətinə uyğun olaraq aktiv və planlaşdırılan layihələrin kredit riskləri tərəfindən qiymətləndirilməsi;
  • Müxtəlif hesabatların və layihələrin tamamlanması vasitəsilə təşkilatın məqsədlərinə çatmasına və həmkarların uğuruna dəstək verilməsi, daha az təcrübəsi olan həmkarların yetişdirilməsi;
  • Bankın Təşkilati Risklərin İdarəedilməsinə dair siyasətinə əməl edilməsi;
  • ·Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.

Tələblər

  • Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsi.
  • Tələb olunan iş təcrübəsi: Kredit, Risk və ya müvafiq sahə üzrə minimum ən az 4 il iş təcrübəsi
  • Lisenziya / Sertifikat: FRM, CFA, ACCA arzu olunandır
  • Xarici dillər: İngilis (səlis)
  • Kompüter bilikləri: Microsoft Office
  • Məhsul üzrə biliklər: Bank məhsulları üzrə biliklər tələb edilir.
  • Bazar üzrə biliklər: Mərkəzi Bakın müvafiq Qaydaları ilə tanışlıq
  • Digər bacarıqlar: IFRS 9 yanaşmasının ehtiyatlanmaya təsiri barədə məlumatlı olmaq arzu olunandır


Vakansiya haqqında

Son tarix

may 30, 2024

Paylaşılıb

mart 28, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə