PASHA Bank
Ana səhifə
/
/
/
KOS Anderraytinqi şöbəsinin Mütəxəssisi

KOS Anderraytinqi şöbəsinin Mütəxəssisi

  • PASHA Bank
  • 13 Yusif Məmmədəliyev, Bakı 1005, Azərbaycan
  • Tam ştat

28-03-2024

755

Təsvir

İşiniz nədən ibarətdir?


  • Bankın təsdiq edilmiş kredit siyasəti və müvafiq proseduraları ilə bağlı zəruri biliklərə yiyələnmək;
  • Kreditlərin Strukturlaşdırılması və müvafiq satış departamentləri tərəfindən təqdim edilmiş kredit ərizələrinin və limitlərin anderraytinqini təmin etmək;
  • Sifariş edilən öhdəlikləyin növündən və ümumi məbləğindən asılı olaraq bu kredit öhdəliklərində son qərar verici olaraq çıxış etmək;
  • Kreditləşmə prosesində anderraytinq zamanı ehtiyac yaranarsa bankdaxili metodologiya, təlimat və qaydaların tələblərinin ekspert əsaslandırma ilə nəzərə alınmamasını təmin etmək;
  • Bankın təsdiq etdiyi kredit siyasəti və müvafiq proseduralara və Risk iştahası tələblərinə əsasən kreditlərlə bağlı risk dərəcəsinin qiymətləndirilməsini aparmaq;
  • Müştərinin maliyyə vəziyyətinin və gələcəkdə krediti qaytarmaq qabiliyyətinin yoxlanması, kredit reytinqlərini hesablamaq və müvafiq qərarı qəbul etmək;
  • Ədalətli kredit reytinqlərinin təmin olunması üçün kredit riskinin həqiqi keyfiyyətini əks etdirən ekspert rəyinin verilməsi səlahiyyəti və cavabdehliyi daşımaq;
  • Müsbət rəy verdiyi kreditlərin icrasına nəzarət etmək. Erkən xəbərdarlıq siqnalına əsasən təklif edilmiş strategiyaya rəy vermək;
  • Kreditlərin Strukturlaşdırılması Departamenti tərəfindən daxil olmuş standard sifarişlər üzrə ehtiyat cədvəllərini yaratmaq və Kredit Kontrol departamenti tərəfindən təqdim olunan ehtiyat cədvəllərini yoxlamaq, müştərilərə düzgün ehtiyatları təsdiq etmək;
  • Xidmət Səviyyəsi Müqavilələrinə əsasən hər kredit müraciəti üçün kredit riskləri üzrə anderraytinqi tamamlamaq və vaxtında icra etmək;
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.


Tələblər

  • Təhsil: Maliyyə, Bank işi, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili.
  • İş təcrübəsi: Kredit, Risk, Maliyyə təhlili və ya müvafiq sahə üzrə 2-4 il iş təcrübəsi
  • Lisenziya/ Sertifikat: Risk menecment, ACCA (Sertifikatlaşdırılmış mühasiblər assosiasiyası), CFA üzrə Sertifikatlara üstünlük verilir.
  • Xarici dil: İngilis dili (səlis), Rus dili (orta) üstünlük verilir
  • Kompüter bilikləri: Microsoft Office
  • İqtisadi/bazar bilikləri : Azərbaycan, Rusiya və Türkiyə iqtisadiyyatı üzrə ümumi biliklərin olması
  • Digər : Maliyyə sahəsi, bank qanunvericiliyi və regulyator tələblər üzrə biliklər. Maliyyə təhlili, mühasibatlıq və bankçılıq üzrə təcrübə.


Vakansiya haqqında

Son tarix

may 7, 2024

Paylaşılıb

mart 28, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə