PASHA Bank
Ana səhifə
/
/
/
Struktur bölmələrə məlumat dəstəyi üzrə Mütəxəssis

Struktur bölmələrə məlumat dəstəyi üzrə Mütəxəssis

22-04-2024

3K

Təsvir

İşiniz nədən ibarətdir?


  • Daxili hesabatlıq ehtiyaclarını dəstəkləmək üçün verilənlər bazasından məlumatların çıxarılması və təhlilinin aparılması;
  • Daxili istifadə üçün hesabatların və dashboard-ların hazırlanması və davamlılığının qorunması;
  • Məlumatların keyfiyyətini və hesabatların effektivliyini artırmaq üçün İT və Data komandaları ilə əməkdaşlıq edilməsi;
  • Strateji təşəbbüslər və xüsusi layihələr üçün analitik dəstəyin göstərilməsi;
  • Məlumatların çıxarılması və hesabatların yaradılmasında daxili istifadəçilərə dəstəyin göstərilməsi.

Tələblər

Sizdən nə tələb olunur?


  • Təhsil: İnformasiya Texnologiyaları, Biznes Analitikası, Maliyyə və ya müvafiq sahə üzrə ali təhsil;
  • Tələb olunan iş təcrübəsi: Müvafiq sahədə və ya oxşar istiqamətdə minimum 2 (iki) il təcrübə;
  • Xarici dillər: İngilis (səlis);
  • Kompüter bilikləri: Microsoft Office proqramları (Excel), SQL;
  • Digər tələblər: Güclü analitik bacarıqlar; əla ünsiyyət bacarıqları, mühasibat uçotu prinsipləri üzrə biliklər (arzuolunandır).

Vakansiya haqqında

Son tarix

aprel 30, 2024

Paylaşılıb

aprel 22, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə