PASHA Bank
Ana səhifə
/
/
/
Baş Məhsul Sahibi (Biznes İnnovasiyaları üzrə)

Baş Məhsul Sahibi (Biznes İnnovasiyaları üzrə)

06-03-2024

1.4K

Bağlanılıb

Təsvir

·       Təyin olunmuş məhsul üzrə ideyanın reallaşdırılması, onun strategiya inkişafı, yol xəritəsinin yaradılması və davamlı təkmilləşdirməsi;

·       Yeni imkanları müəyyən etmək və strateji məhsul qərarlarını qəbul etmək üçün hərtərəfli bazar araşdırması və rəqib təhlili aparmaq;

·       Dəyəri və təsiri maksimuma çatdırmaq üçün funksiyaları prioritetləşdirərək hərtərəfli məhsul yol xəritələrini hazırlamaq;

·       Məhsulun qüsursuz inkişafını və satışını təmin etmək üçün çarpaz funksional komandalarla (mühəndislik, dizayn, marketinq və s.) güclü əlaqələr qurmaq və əməkdaşlıq etmək;

·       Rəhbərlik, maliyyə, marketinq, İT, hüquqi və xarici tərəfdaşlar da daxil olmaqla, bank üzrə maraqlı tərəflərə məhsulun gedişatını, strategiyasını və yol xəritəsini effektiv şəkildə çatdırmaq;

·       Məhsul, bazar və digər göstəriciləri əsas tutaraq qərarlar qəbul etmək və məhsul performansını artırmaq;

·       Təyin olunmuş məhsul üzrə ekspert kimi çıxış edərək, maraqlı tərəflərə məhsulu nümayiş etdirmək.

Tələblər

·       Sürətli və dinamik mühitdə Məhsul Sahibi və ya oxşar rolda 4+ illik təcrübə.

·       İnnovativ məhsulların uğurla işə salınması və inkişaf etdirilməsi üzrə sübut edilmiş təcrübə (məhsulun sıfırdan yaradılmasında təcrübəyə üstünlük verilir).

·       Güclü analitik və problem həll etmə bacarığı. Rəqəmlərlə “rahatlıq”, məhsul metriklərini müəyyən etmə, ölçmə və inkişaf etdirmək bacarığı.

·       Yeni ideyalar və kreativ həllərə açıq olmaq.

·       Aktiv və nəticəyönümlü düşüncəyə sabib olmaq.

·       Qərar verərkən egoya yox, “data”ya əsaslanmaq.

·       Yerli və xarici bazardakı startaplar (maliyyə məhsul və xidmətləri) haqqında güclü anlayış.

·       Əla ünsiyyət bacarıqları. Geniş auditoriya ilə və strukturlaşdırılmış şəkildə aydın və inandırıcı ünsiyyət qurmaq bacarığı.

·       Çevik metodologiyalarla iş təcrübəsi (Scrum, Kanban və s.)

·       Azərbaycan və İngilis dillərini bilmək.

Vakansiya haqqında

Son tarix

aprel 7, 2024

Paylaşılıb

mart 6, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə