PASHA Bank
Ana səhifə
/
/
/
Funksional Sahə Lideri (Core Banking Development)

Funksional Sahə Lideri (Core Banking Development)

06-03-2024

938

Bağlanılıb

Təsvir

İşiniz nədən ibarətdir?


Məhsul stream-i və komandanın bütün texnologiyasını idarə etmək və yönəltmək

Məhsulun hazırlıq prosesində şəxsən iştirak etmək, mühəndislik komandasının idarə edilməsində və gündəlik məhsulunun təkmilləşdirilməsinin aparılmasında müvəffəqiyyət əldə etmək üçün məhsulu idarə etmək

Rəqəmsal məhsulların strategiyaları və plan üzrə agile komandaları dəstəkləmək və bu prosesdə iştirak etmək

Məhsul stream-i daxilində platformaları, alətləri, texnoloji steki qiymətləndirmək və testdən keçirmək.

Mühəndislər arasında agile iş prinsipini nəzarətdə saxlayaraq proqram təminatı prosesini təkmilləşdirmək

Yüksək potensiala malik işçilərin hazırlanması və inkişaf etdirilməsi üçün stream daxilində komanda və individual olaraq işçiləri işə qəbul etmək və onlara koçluq etmək

Məhsul stream-i daxilində resursları idarə etmək

Daha çox və yaxşı rəqəmsal məhsullar yaratmaq məqsədilə bankın texnologiyasını təkmilləşdirmək üçün ən son texnoloji innovasiyaları həyata keçirmək

Stream-in əsas biliklərinin sənədləşdirilməsini təmin etmək, yeni təlimatlar hazırlamaq və mövcud olanı təkmilləşdirmək

Mühəndislik fəaliyyətlərində iştirak etmək və onları aparmaq

Şöbəsinin fəaliyyətlərini şirkətdə mövcud olan daxili prosedurlara, məxfilik siyasətinə və dövlət qanunvericiliyinə uyğun olaraq həyata keçirmək

Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq.

Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar

Tələblər

Sizdən nə tələb olunur?


Təhsil: Komputer mühəndisliyi,Komputer elmləri, Tədbiqi riyaziyyat və digər müvafiq sahə üzrə bakalavr, magistr dərəcəsi

Tələb olunan iş təcrübəsi: Proqram mühəndisliyi üzrə minimum 7 il təcrübə. Front end və back end proqramlaşdırma, avtomatlaşdırılmış test, infrastruktur və arxitektura məlumat bazası texnologiyaları üzrə bilik və təcrübə. Agile metodu haqqında təcrübə arzuolunandır.

Xarici dillər: İngilis(yaxşı)

Komputer bilikləri: Müvafiq dillərdən ən azı 4-ü mükəmməl bilmək: Node.js, Python, Golang, Kotlin, Java, PHP, Perl, SQL, HTML, .Net, React, Angular.Verilənlənlərin strukturu və alqoritm biliyi.

Məhsul üzrə biliklər: RESTful APIs, Single Sign On, LDAP, Search texnologiyaları

Başqa tələblər: Cüt proqramlaşdırma, dizayn mock-ups, CI/CD, təhlükəsizliyin yaradılması, informasiya təhlükəsizliyi, test yönümlü inkişaf üzrə təcrübə

 

Vakansiya haqqında

Son tarix

aprel 15, 2024

Paylaşılıb

mart 6, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə