PASHA Bank
Ana səhifə
/
/
/
Hüquqi Məsələlər şöbəsinin Məhkəmə işləri istiqaməti üzrə Mütəxəssis

Hüquqi Məsələlər şöbəsinin Məhkəmə işləri istiqaməti üzrə Mütəxəssis

01-03-2024

1.5K

Bağlanılıb

Təsvir

İşiniz nədən ibarətdir?


  • İddia ərizələrinin, apelyasiya və kassasiya şikayətlərinin, icra qeydlərinin, vəsatətlərin hazırlanması;
  • Bankın maraq və mənafelərinin məhkəmədə ən yaxşı şəkildə qorunması;
  • Bankın mediasiya proseslərində iştirakının təmin olunması və maraqlarının ən yaxşı şəkildə qorunması;
  • İcra prosesində bankın təmsil olunması və məhkəmə qərarlarının icrasının təmin edilməsi üçün bütün zəruri addımların atılması;
  • Dövlət orqanları və digər qurumlarla münasibətdə Bankı təmsil etmək, tələb edilən hərəkətin edilməsi ilə bağlı Bankın maraqlarının ən yaxşı şəkildə qorunması;
  • Bankın məhsullarının hüquqi ekspertizası;
  • Bankın fəaliyyətinin təmin edilməsi ilə əlaqədar hüquqi rəylərin verilməsi;
  • Şöbəyə daxil olan müxtəlif müraciət və sorğuların cavablandırılması;
  • Bankın struktur bölmələrinin fəaliyyəti ilə əlaqədar yaranan hüquqi problemlərin yerində və operativ araşdırılması;
  • Bankın fəaliyyəti ilə əlaqədar yaranan hüquqi məsələlər üzrə Bankın əməkdaşlarlarının təlimatlandırılması;
  • Müxtəlif müqavilə, saziş və digər əqdlərin hazırlanması;
  • Əmək münasibətləri sahəsində Bankın fəaliyyəti ilə bağlı zəruri hüquqi dəstəyin göstərilməsi.

Tələblər

Sizdən nə tələb olunur?


  • Təhsil: Hüquq ixtisası üzrə bakalavr dərəcəsi
  • Tələb olunan iş təcrübəsi: Hüquq mütəxəssisi üçün ən azı 3 il peşəkar hüquqşünas təcrübəsi
  • Xarici dillər: Azərbaycan dili (mükəmməl), Rus və İngilis dilləri (arzuolunan)
  • Kompüter bilikləri: Microsoft Office
  • Məhsul üzrə biliklər: Korporativ hüquq sahəsinin və qanunvericiliyinin biliyi
  •  Digər biliklər: Güclü ünsiyyət və komandada işləmək bacarıqları, Planlaşdırma və təşkilatçılıq bacarıqları, tapşırıqların son icra tarixini ötürməməklə yerinə yetirmək bacarığı; Problemlərin əsas səbəbini təyin etmək üçün kritik düşüncə bacarığı; Qərarları dəqiq vermək bacarığı; Tədqiqat, araşdırma və analitik bacarıqlar


Vakansiya haqqında

Son tarix

aprel 10, 2024

Paylaşılıb

mart 1, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə