PASHA Bank
Ana səhifə
/
/
/
Kart Layihələri və Məhsulların Təqtbiqi şöbəsində Kart Arxa Ofis Əməliyyatları üzrə Qrup Rəhbəri

Kart Layihələri və Məhsulların Təqtbiqi şöbəsində Kart Arxa Ofis Əməliyyatları üzrə Qrup Rəhbəri

28-02-2024

1.2K

Bağlanılıb

Təsvir

İşiniz nədən ibarətdir?


  • Qrup üzrə bütün funksiyalarının müvafiq daxili və xarici qaydalara uyğun olaraq icra edilməsinə nəzarət edilməsi;
  • Qrup daxili prosedurların yaradılması, təkmilləşdirilməsi və əməliyyatların proseslərə əsasən icrasına nəzarət;
  • Kart və Ekvayrinq sistemlərin sazalanması üzrə administrasiya;
  • Yeni bank məhsullarının yaradılmasında məhsul sahiblərinin fəaliyyətinə dəstək vermək və kart sistemləri üzrə ekspertizanın təmin edilməsi;
  • Problemli kart əməliyyatlarının sistemlər və baza üzrə araşdırılması, çətinliklərin aradan qaldırılması və əməliyyatların standartlara əsasən emalı;
  • İdarəsində olan sistemlərin müxtəlif bank məhsullarında istifadəsi üzrə optimal texniki/arxitektur həllərin verilməsi;
  • Qrup daxili KPİ-ların təyin edilməsi, icrası üzrə nəzarət və qiymətləndirməsi;
  • Dövrü, rüblük və illik hesabatların hazırlanması (ödəniş sistemləri, mühasibatlıq, daxili hesabatlar), lazım olunan hallarda hesabatlığın nəticələrinə uyğun monitorinqlərin keçirilməsi;
  • Qrup daxili gündəlik əməliyyat işləri üzrə nəzarət;
  • Bütün daxili müştərilərin, o cümlədən Biznes Mərkəzlər, Müştəri Menecerləri, Biznes Bloklar və s. sorğuların cavablandırılmasına görə nəzarət;
  • Mütəmadi olaraq proseslərin analizi, optimizasiyası və idarə edilməsi, yaranan çətiniklərin aradan qaldırılması üçün müvafiq addımların yerinə yetirilməsi.


Tələblər

Sizdən nə tələb olunur?


Təhsil: Ali təhsili

Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə minimum 4 il 

Xarici dillər: İngilis dili (orta), Rus dili (orta)

Kompüter bilikləri: Microsoft Office,  SQL

Məhsul üzrə biliklər: daxili siyasət və proseduralar, məhsul barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri, Ödəniş sistemləri sahəsində təcrübə

Bazar üzrə biliklər: Ödəniş sistemləri və kart biznesi üzrə biliklər

Başqa tələblər: hesabat hazırlama bacarığı, güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.


Vakansiya haqqında

Son tarix

aprel 8, 2024

Paylaşılıb

fevral 28, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə