PASHA Bank
Ana səhifə
/
/
/
Hesablaşmalar şöbəsində İdxal və İxrac Əməliyyatları istiqamətinin kiçik mütəxəssisi

Hesablaşmalar şöbəsində İdxal və İxrac Əməliyyatları istiqamətinin kiçik mütəxəssisi

28-02-2024

1.7K

Bağlanılıb

Təsvir

İşiniz nədən ibarətdir?


  • Müvafiq daxili və xarici qayda və prosedurlara uyğun olaraq müştəri əməliyyatları zamanı daxili və xarici müştərilərə dəstəyin göstərilməsi;
  • Daxili və xarici müştəri ilə müsbət münasibətlərin saxlanılması və onların tam məmnunluğu və gözləntiləri üçün peşəkar məsləhətlərin verilməsi;
  • Müştəri ödənişlərinin daxili proseslərə, ÇPY və TM siyasətinə, qanunvericiliyin tələbinə uyğun olmasının yoxlanması. Müştəri məlumatının düzgün və yetərli olmasının yoxlanılması, növbəti icra ilə əlaqədar sənədlərin hazırlanması və və tənzimləyici orqanların tələbinə əsasən məlumatların vaxtlı vaxtında müvafiq sistemlərdə qeydiyyatın edilməsi. Müştəri hesabatları da daxil olmaqla müvafiq sənəd dövriyyəsinin təmin edilməsi;
  • Tənzimləyici orqanların tələbinə əsasən müştərilərə aid daxilolmalara və ödənişlərə nəzarətin edilməsi;
  • Qanunvericilik tələblərinin pozuntusu müəyyən edildiyi halda müştərinin məlumatlandırılması, tələb edilən sənədlərin toplanması və tənzimləyici orqanlara tələb edilən müddətdə rəsmi olaraq təhvil verilməsi;
  • Xarici valyutada icra edilmiş ixrac əməliyyatlarına dair müştəri ilə əlaqənin yaradılması, tələb olunan məlumatın toplanması, yoxlanması və qanunvericiliyin tələbinə əsasən müvafiq sistemlərdə vaxtlı vaxtında bəyan edilməsi;
  • Əməliyyatların icrasında ÇPY və TM üzrə şübhəli hallar aşkar edildiyi təqdirdə Hüquq və Komplayns departamentinə məlumatın verilməsi və qərar uyğun olaraq tədbirlərin həyata keçirilməsi;
  • Ödənişlərlə bağlı banklardan daxil olan sorğuların və geri qaytarmaların icra edilməsi, müştərinin vaxtında məlumatlandırılması və müvafiq sistemlərdə qeydlərin aparılması;
  • Şöbələr arasında təsdiq edilmiş XSM-nə uyğun olaraq, müştəri sorğuları ilə əlaqədar daxili və xarici müştərilərdən gələn tələblərin vaxtında cavablandırılması və icrası;
  • Müştəridən daxil olan şikayətlərin idarə olunmasına kömək edilməsi, problemlərin müəyyənləşdirilməsi və prosedurların yoxlanması, müştəri məmnunluğunu təmin etmək üçün müştəri ilə bağlı hər hansı problemli situasiyaların həlli yollarının axtarılması;
  • Müştərinin məlumatlandırılmasının təmin edilməsi üçün müştəriyə aid məlumatların bank və əlaqəli sistemlərə daxil edilməsi və yenilənməsinin təmin edilməsi;
  • Müştəri məlumatı ilə əlaqədar müvafiq hesabatların hazırlanmasında digər struktur bölmələrinə və tənzimləyici orqanlara müştərti məlumatlarının təqdim edilməsində dəstəyin göstərilməsi;
  • Funksional sahə ilə əlaqədar prosedurların optimallaşdırılmasında iştirak edilməsi;
  • Əməliyyat gününün sonunda bütün əməliyyatların vaxtlı-vaxtında və dəqiq icrasını təmin etmək üçün daxil olan sorğuların icrasının yoxlanması. Uyğunsuzluq aşkar edildiyi zaman aradan qaldırılması üçün tədbirlərin görülməsi.



Tələblər

Sizdən nə tələb olunur?


  • Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil
  • Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə minimum 0-1 il 
  • Xarici dillər: İngilis , rus
  • Kompüter bilikləri: Microsoft Office
  • Digər bacarıqlar: Hesabat hazırlama bacarığı, güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.


Vakansiya haqqında

Son tarix

aprel 8, 2024

Paylaşılıb

fevral 28, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə