PASHA Bank
Ana səhifə
/
/
/
Kreditlərin Bərpası üzrə Baş mütəxəssis

Kreditlərin Bərpası üzrə Baş mütəxəssis

  • PASHA Bank
  • 13 Yusif Məmmədəliyev, Bakı 1005, Azərbaycan
  • Tam ştat

04-04-2024

1.8K

Təsvir

  • Problemli kreditlərlə iş üzrə metodologiya və prosedurların hazırlanması;
  • Problemli kreditlər üzrə təyin olunmuş limitlər çərçivəsində restrukturizasiya qərarlarının verilməsi (KİB, KOS, rəqəmsal KOS və Fərdi kreditlər seqmenti üzrə);
  • Maliyyə vəziyyətinin dirçəlməsi və ödənişi gecikdirilmiş kreditlərlə bağlı problemlərin həll edilməsi məqsədi ilə fəaliyyət planlarının hazırlanması və icrası;
  • İlkin mərhələdə müştərinin maliyyə vəziyyətinin təhlili, qiymətləndirilməsi və təxmini olaraq bərpanın müzakirəsi;
  • Bərpa üçün həll yollarının müəyyənləşdirilməsi və icrası;
  • İnvestorla əlaqələrin yaradılması, investisiya memorandumlarının hazırlanması və aktivlərin satışının təşkili;
  • Şöbənin fəaliyyətinin nəticələri barədə Şöbə rəhbərinə və digər səlahiyyətli şəxslərə hesabat vermək (yığımla bağlı hesabat və s.);
  • Kreditlərin bərpası üzrə imkanların davamlı olaraq təkmilləşdirilməsi;
  • Şöbənin fəaliyyətini effektiv şəkildə təşkil etmək məqsədi ilə idarəçiliyinin inkişafı və dəstəyi;
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.

Tələblər

  • Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili;
  • İş təcrübəsi: Kredit, Risk və ya müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Lisenziya/ Sertifikat: Maliyyənin modelləşdirilməsi, ACCA (Sertifikatlaşdırılmış mühasiblər assosiasiyası), CFA(Sertifikatlaşdırılmış Maliyyə Analitiki) üzrə sertifikatlara üstünlük verilir;
  • Xarici dil: İngilis dili (səlis), Rus (səlis);
  • Kompüter bilikləri: Microsoft Office;
  • Məhsul üzrə biliklər: Bank xidmətləri və məhsulları üzrə bilik;
  • Bazar üzrə biliklər: Kredit məhsulları, B2B satış, Əmlak bazarları;
  • Başqa tələblər: Güclü ünsiyyət və münaqişələrin həlli bacarıqları;
  • Texniki biliklər: Məlumatların təhlili, Proqnozların təhlili, Maliyyə mənbələrin axtarışı.


Vakansiya haqqında

Son tarix

may 12, 2024

Paylaşılıb

aprel 4, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə