PASHA Bank
Ana səhifə
/
/
/
Stress testləşdirmə üzrə Mütəxəssis

Stress testləşdirmə üzrə Mütəxəssis

  • PASHA Bank
  • 13 Yusif Məmmədəliyev, Bakı 1005, Azərbaycan
  • Tam ştat

04-04-2024

2K

Təsvir

  • Statistik modellərin hazırlanmasında və inkşafında birbaşa iştirak;
  • Bankın makroiqtisadi dəyişikliklərə və potensial şoklara dözümlülüyünün qiymətləndirilməsi üçün müxtəlif ssenarilər üzrə stress testlərinin keçirilməsi;
  • Risk göstəricilərinin normativlərə əsasən hesablanması və analizi;
  • Mərkəzi Bank və IFRS 9 qaydalarına uyğun olaraq bankın kredit portfeli üzrə ehtiyatların Stress test modelə tətbiq edilməsi;
  • Stress testlərinin nəticələrinin makroiqtisadi proqnozlara və statistik nəticələrə uyğun interpretasiyası;
  • Kapital Yetərliliyi üzrə hesablamalarda Stress test nəticələrinin hazırlanması;
  • Stress test prosesinin Model Risklərinin idarə edilməsi qaydalarına uyğunluğa və model validasiyası üzrə tapıntıların aradan qaldırılmasına əməl edilməsi;
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.

Tələblər

  • İqtisadiyyat, Maliyyə, Riyaziyyat, Ekonometrika və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsi;
  • Maliyyə sektorunda minimum 2 il iş təcrübəsi;
  • Data elmi, statistik modelləşdirmə və data analizi üzrə təcrübə;
  • R (tidyverse, datatable, və s.) və Python (sklearn, pandas, numpy, və s.) üzrə biliklər arzu olunandır;
  • Mərkəzi Bank, IFRS 9 və digər normativlərə aid biliklər;
  • Xarici dil: İngilis dili.


Vakansiya haqqında

Son tarix

may 30, 2024

Paylaşılıb

aprel 4, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə