İR Biznes Partnyor
Description
İşiniz nədən ibarətdir?
- İnsan resurslarının idarəedilməsi üzrə proses və prosedurların icrasını biznes qarşısında təmin edilməsi
- Vəzifə təlimatların hazırlanması və saxlanması
- İstedadların cəlb olunması üçün tələblərin qiymətləndirilməsi, kadr seçimi zamanı menecer ilə tərəfdaşlıq
- Əməkhaqqı təşəbbüslərinin layihələndirilməsi, icrası və idarə edilməsində iştirak
- Əməkdaşların inkişafı üçün tələblərin müəyyənləşdirilməsi və inkişaf ehtiyacları təhlilinin (DNA) düzgün aparılması üçün birbaşa rəhbərin istiqamətləndirilməsi
- Fəaliyyət qiymətləndirməsi prosesinin idarə edilməsi: hədəflərin təyini, yarım illik baxış, 360 qiymətləndirmə, illik qiymətləndirmə və mükafatlandırma
- Əmək münasibətləri məsələlərinin həll edilməsi istiqamətində rəhbər və işçi heyət ilə sıx əlaqələrin qurulmasına yönəlik işlərin görülməsi
- Daxili müştərilərdən struktur dəyişikliyi ilə bağlı sorğuların həll olunmasında iştirak etmək, təkliflər vermək və sənədləşmədə kömək etmək
- İR layihələrində aktiv iştirak etmək, cavabdehlik daşımaq, digər İR sahələrlə birlikdə əməkdaşlıq şəklində çalışaraq ola biləcək həll yollarını artırmaq, biznesin yüksəlməsinə fokuslu işlər görmək
- İR trendlərinin və metrikaların izlənilməsi, digər İR funksiyalarına bu barədə biznesin ehtiyacı ola biləcək məlumatların ötürülməsini təmin etmək
- İşçi bağlılığı sorğusunun nəticələri əsasında biznes sahəsində fokuslanmalı məsələlərin aşkar edilməsi və bu istiqamətdə tədbirlər planını müəyyən edib icrasını təmin etmək
Requirements
Sizdən nə tələb olunur?
- Təhsil: Sosial elmlər, İqtisadiyyat sahəsində ali təhsil (bakalavr dərəcəsi)
- Tələb olunan iş təcrübəsi: minimum 3 il (işə qəbul, təlim və ya digər İR sahələri)
- Lisenziya / Sertifikat: CİPD və ya İR sahəsinə uyğun digər
- Xarici dillər: İngilis (səlis) , Azərbaycan (səlis), Rus dili (səlis)
- Kompüter bilikləri: Microsoft Office
- Məhsul üzrə biliklər: Bütün İR transformasiya prosesləri (İşə qəbul, Fəaliyyətin qiymətləndirilməsi, Təlim və İnkişaf, Güzəşt və Mənfəət)
- Bazar üzrə biliklər: Əmək məcəlləsi
- Başqa tələblər: Güclü ünsiyyət və nitq bacarığı, innovativ və kritik düşüncə və özünü inkişafı təbliğ etmək bacarığı, biznes biliyi, etik davranış, liderlik, çevik mühitdə işləmə bacarığı