PASHA Bank
Ana səhifə
/
/
/
Təşkilati İnkişaf üzrə Assistent

Təşkilati İnkişaf üzrə Assistent

08-05-2023

913

Bağlanılıb

Təsvir

İşiniz nədən ibarətdir?


  • Təşkilati İnkişafla bağlı sənədləşmə prosesini başlamaq, bütün lazımı sənədlərin yerində olmasını təmin etmək, müqavilə və ödənişlərin icrasının müvafiq şöbələr üzrə izlənməsi.
  • Orientasiya proqramının tam qaydasında həyata keçirilməsi üçün müvafiq məlumat bazası ilə təmin edilməsi: yeni işçilərin siyahısının tərtib edilməsi, təqdimatlarda iştirak davamiyyətinin izlənməsi, yeni işçilərin sınaq müddətinin izlənməsi, müvafiq hesabatların hazırlanması və s.
  • Təlim və İnkişaf üzrə verilənlər bazasının vaxtında yenilənməsi və təşkilati işlərin icrası: təchizatçı şirkətlər, eləcə də təlimçilər haqqında məlumatlar, müvafiq sənədlərin saxlanması, təlimlərə davamiyyət siyahısının hazırlanması, təşkilati inkişafla bağlı hər bir tədbirin sonunda sorğuların hazırlanması, hesabatların tərtib edilməsi, təlim otaqlarının tam təchiz edilməsinə nəzarət, vaxtında sifarişlərin icrası və s.
  • Daxili bilik paylaşma sessiya sorğularının cavablandırılması, davamiyyətin izlənməsi, sessiyaların aparılması üçün təşkilati işlərin həyata keçirilməsi. 
  • Təşkilati inkişaf layihələri və fəaliyyəti ilə bağlı olan kommunikasiya məktublarının hazırlanması.
  • Xarici təlimçilərin və rəsmi qonaqların biletlərinin alınması, oteldə yerləşməsi işinin müvafiq şöbə ilə izlənməsi, təlim keçirilməsi ilə bağlı olan təşkilati işlərin icrası


Tələblər

Sizdən nə tələb olunur?


  • Təhsil: Sosial elmlər, İqtisadiyyat sahəsində ali təhsil (bakalavr dərəcəsi)
  • İş təcrübəsi: minimum 1 il (Təlim və İnkişaf, və ya digər İR sahələrində təcrübə arzu olunandır).
  • Xarici dillər: İngilis (orta), rus (səlis).
  • Kompüter bilikləri: Microsoft Office.
  • Başqa tələblər: Güclü ünsiyyət bacarığı, enerjili və çevik.


Vakansiya haqqında

Son tarix

iyun 7, 2023

Paylaşılıb

may 8, 2023

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə