PASHA Bank
Ana səhifə
/
/
/
Kibertəhlükəsizlik Sistemləri üzrə Baş Administrator

Kibertəhlükəsizlik Sistemləri üzrə Baş Administrator

18-06-2023

781

Bağlanılıb

Təsvir

İşiniz nədən ibarətdir?


  • Yeni kibertəhlükəsizlik həllərini planlaşdırmaq, layihələndirmək və həyata keçirmək;
  • Mövcud kibertəhlükəsizlik sistemlərinə texniki dəstək vermək;
  • Bankın, müasir standartların və çağırışların tələblərinə uyğun olaraq yeni texnologiyaların araşdırılması və tətbiqinə dair analizlər aparmaq və tövsiyələr vermək;
  • Komandanın digər üzvlərinin lazımi bilik və bacarıqlarının inkişaf etməsi üçün töhvə vermək;
  • Sistemlərin konfiqurasiyalarının təhlükəsiz olmasını təmin etmək (“secure hardening”);
  • Daxili və xarici audit tapıntıları, risk qiymətləndirməsi və ya digər bölmələrdən daxil olan təkliflər əsasında çatışmazlıqları aradan qaldırmaq və daim sistemlərin inkişaf etdirilməsini təmin etmək;
  • Daxil olan sorğuların vaxtında icra edilməsini təmin etmək;
  • Müvafiq sistemlərin arxitekturası, işləmə prinsipinə dair texniki sənədləşməni aparmaq;
  • Kibertəhlükəsizlik insidentlərinə cavab üzrə fəaliyyətlərdə iştirak etmək;
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqları icra etmək.

Tələblər

Sizdən nə tələb olunur?


Təhsil: İnformasiya Texnologiyaları, İnformasiya Təhlükəsizliyi və digər müvafiq ixtisaslar üzrə bakalavr dərəcəsi

Təcrübə: Kibertəhlükəsizlik və sistem inzibatçılığı sahəsində minimum 4 il

Xarici dil: İngilis (texniki səviyyədə yaxşı)

DigərŞifahi və yazılı ünsiyyət bacarıqları, analitik düşüncə və problem həll etmə bacarıqları, komanda şəklində effektiv işləmə

Üstünlük verilir:

  •  Kibertəhlükəsizlik sistemlərinin administrasiyası üzrə təcrübə
  • İnformasiya Təhlükəsizliyi, beynəlxalq standartlar, kiber risklər, təhdidlər və zəifliklər barədə biliklər
  • Kibertəhlükəsizlik sistemlərinin (PAM, DLP, Antivirus/EDR, MDM və s.) administrasiyası üzrə təcrübə
  • Server Əməliyyat Sistemləri (Windows Server, Linux) barədə məlumat
  • Şəbəkə protokolları və texnologiyaları haqqında biliklər (DNS, DHCP, AAA, radius və s.)
  • Hər hansı dildə (python, powershell, bash və s.) script yazmaq bacarığı
  • "Microsoft Office" proqramları

Sertifikat: CompTIA Security+, Advanced Security Practitioner CASP+, ICS2 SSCP, Certified Ethical Hacker CEH və s. (arzuolunandır)

Vakansiya haqqında

Son tarix

iyul 28, 2023

Paylaşılıb

iyun 18, 2023

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə