Kredit İnzibatçılığı üzrə Kiçik Mütəxəssis
Description
İşiniz nədən ibarətdir?
- Çek List üzrə MM-dən bütün zəruri sənədlərin toplanması;
- Müqavilələrin tərtib edilməsi;
- ABS-də kredit şərtlərinin yığılması;
- Girovlarin ABS-də qeydiyyatinin aparilmasi;
- Notariat və qeydiyyat işlərinin icra edilməsi;
- Audit və hüquq departamentlərinə keyslərin ötürülməsi;
- Gündəlik kreditlər üzrə əməliyyatların aparılması;
- Maliyyə arayışlarının hazırlanması;
- Kredit fayllarının hazırlanması (şərtlər və girovlar daxil olmaqla);
- Məlumatın dəqiqliyinin yoxlanılması (həm elektron, həm də kağız daşıyıcıda);
- Müştəri şərtlərinin və müntəzəm kredit ödənişlərinin monitorinq edilməsi;
- Əməliyyatlarla bağlı sənədlərin saxlanması və lazımi məlumatın elektron məlumat bazasına daxil edilməsi;
- Bankın kredit əməliyyatlarının effektiv icrasına dəstək göstərilməsi;
- Müvafiq daxili və xarici qayda və proseslərə uyğun olaraq işlərin icra edilməsi;
- Hər hansı kreditlə əlaqəli istənilən növ suallarin cavablandırılması;
- Bəzi kredit məsələləri, zəruri girov sənədləri ilə bağlı izahatlar vermək üçün müştərilərlə ünsiyyətin qurulması, bütün bunların yoxlanılması və notarial qaydada rəsmiləşdirilməsi.
Requirements
Sizdən nə tələb olunur?
- Təhsil: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili
- Tələb olunan iş təcrübəsi: kredit inzibatçılığı üzrə minimum 1 il
- Xarici dillər: Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (orta), Rus dili (orta)
- Kompüter bilikləri: Microsoft Office (Excel, Word, PowerPoint)
- Məhsul üzrə biliklər: AİF ipoteka kreditləşmə prosesi. Müvafiq daxili siyasət və prosedurlar, məhsul barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri
- Başqa tələblər: Hesabat hazırlama bacarığı, güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı