PASHA Bank
Ana səhifə
/
/
/
İnsidentlərin İdarə Edilməsi üzrə Kiçik Mütəxəssis

İnsidentlərin İdarə Edilməsi üzrə Kiçik Mütəxəssis

03-03-2023

1.6K

Bağlanılıb

Təsvir

İşiniz nədən ibarətdir?


  • Şikayətlərin sona qədər idarə olunması/həlli və "Bankların şikayətlərin idarə edilməsi sistemi"nin monitorinqi;
  • Şikayətlərin həmin sistemdə qeyd edilməsi, doğru icraçılara təyin edilməsi və mümkün olan ən qısa müddətdə həlli;
  • Sistemə daxil olan sorğu və şikayətlərin araşdırılması, icrası, müştərilərə nəticə ilə bağlı məlumatın təqdim edilməsi;
  • Filiallarda yerləşən şikayət qutularından müştəri şikayətlərinin toplanılması, onların sistemə daxil edilməsi;
  • Bütün kanallardan daxil olan şikayət, təklif və sorğuların reyestrə salınması, təhlili və təkmilləşdirmə ilə bağlı tövsiyələrin verilməsi;
  • Sorğu və şikayətlər üzrə aylıq hesabatın hazırlanması;
  • Mərkəzi Banka göndəriləcək müştəri müraciətləri üzrə hesabatın hazırlanması;
  • Açıq qalan (icrada olan) müraciətlər üzrə müştərilərə məlumatın təqdim edilməsi;
  • Müştərilərə göstərilən xidmətin səviyyəsini yaxşılaşdırmaq məqsədilə təkrarlanan problemlərin monitorinqi və eskalasiyası;
  • Müvafiq hesabatların (departament daxili və idarə etmə hesabatları) hazırlanması;
  • Proses/qayda/təlimatların hazırlanması, yenilənməsi və nəzərdən keçirilməsi;
  • "Complaint management" sisteminin texniki inkişafı üzrə təkliflərin verilməsi;

Tələblər

Sizdən nə tələb olunur?


  • Təhsil: bakalavr dərəcəsi
  • Təcrübə: minimum 2 il bank və ya BOKT təcrübəsi.
  • Xarici dil: ingilis (yaxşı), rus (arzuolunandır).
  • Kompüter bilikləri: "Microsoft Office" proqramları.
  • Məhsul biliyi: şikayət proseduraları ilə əlaqəli qanunvericiliyin nəzəri və praktik bilikləri; keyfiyyətə nəzarət və şikayətlərin idarə edilməsi sistemləri ilə iş təcrübəsi.
  • Digər: güclü analitik və problem həll etmə, risk qiymətləndirmə, qərar qəbul etmə, hesabat hazırlama, güclü yazılı və şifahi ünsiyyət, münaqişələrin həlli bacarıqları.

Vakansiya haqqında

Son tarix

mart 30, 2023

Paylaşılıb

mart 3, 2023

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə