Rəqəmsal Marketinq üzrə Mütəxəssis
Description
İşiniz nədən ibarətdir?
- Məhsullar üzrə KPI-lara uyğun illik rəqəmsal marketinq strategiyasında iştirak;
- Kanallar üzrə büdcənin düzgün bölüşdürülməsi;
- Daxili və xarici bazarlarda rəqəmsal xidmətlərin inkişaf trendlərinin izlənilməsi və bazar araşdırmaların aparılması;
- Məhsullar üzrə rəqəmsal kanallarda yeni fürsətlərin araşdırılması;
- Müvafiq veb-saytlarda məhsullar üzrə illik SEO planının hazırlanması və tətbiqi
- Veb-analitika proqramlarından istifadə edərək veb-saytlara nəzarət və təkmilləşdirilməsi üçün tövsiyyələrin verilməsi;
- “Ahrefs”, “Semrush”, “Screaming frog”, “Google Search Console” alətləri ilə SEO nəticələrinin izlənilməsi və veb-saytın optimallaşdırılması;
- Məhsullar üzrə “Google Analytics”, “Yandex Metrica” və “Hotjar” proqramları ilə müştəri davranışları reportunun hazırlanması;
- Məhsullar üzrə açar söz araşdırması edərək veb-saytdakı məzmunların SEO-ya uyğunlaşdırılmasına dəstək olmaq.
- Məhsullar üzrə A/B testlərin tətbiqi, yeni yanaşmaların, istifadəçi seqmentlərinin və kanalların müəyyən edilməsi
- “Facebook”, “Instagram”, “LinkedIn”, “Google Ads”, “yerli programatiklər”, “Telegram”, “Twitter” kanalları üzrə ödənişli reklam kampaniyalarının icrası;
- Mütəmadi olaraq qoyulmuş reklamların optimizasiyası və aylıq hesabatların hazırlanması;
- E-mail marketinq kanallarının (məs. “Mailchimp”) istifadəsi, müvafiq alqoritmlərin qurulması və hesabatın hazırlanması.
Requirements
Sizdən nə tələb olunur?
- Marketinq, Biznes və ya müvafiq sahələrdə bakalavr dərəcəsi üstünlükdür;
- Rəqəmsal marketinq sahəsi üzrə 3 il iş təcrübəsi;
- Müvafiq analitika alətlərində yüksək səviyyədə işləmə bacarığı: “Ahrefs”, “Semrush”, “Screaming frog”, “Google Search Console” “Google Analytics”, “Yandex Metrica”, “Hotjar”, “Tag Manager”
- Müvafiq reklam alətlərində yüksək səviyyədə işləmək bacarığı: “Meta Business Suite”, “Google Ads” “LinkedIn Ads, “Twitter Ads” və yerli proqramatiklər;
- İdarə etdiyi reklam kampaniyaları və müvafiq nəticələri;
- Veb-sayt admin panelində işləmək bacarığı;
- İngilis dilində yüksək şifahi və yazılı ünisiyyət qura bilmə bacarığı;
- Analitik düşünmə qabiliyyəti.