PASHA Bank
Ana səhifə
/
/
/
Rəqəmsal Marketinq üzrə Mütəxəssis

Rəqəmsal Marketinq üzrə Mütəxəssis

27-01-2023

730

Bağlanılıb

Təsvir

İşiniz nədən ibarətdir?


  • Məhsullar üzrə KPI-lara uyğun illik rəqəmsal marketinq strategiyasında iştirak;
  • Kanallar üzrə büdcənin düzgün bölüşdürülməsi;
  • Daxili və xarici bazarlarda rəqəmsal xidmətlərin inkişaf trendlərinin izlənilməsi və bazar araşdırmaların aparılması;
  • Məhsullar üzrə rəqəmsal kanallarda yeni fürsətlərin araşdırılması;
  • Müvafiq veb-saytlarda məhsullar üzrə illik SEO planının hazırlanması və tətbiqi
  • Veb-analitika proqramlarından istifadə edərək veb-saytlara nəzarət və təkmilləşdirilməsi üçün tövsiyyələrin verilməsi;
  • “Ahrefs”, “Semrush”, “Screaming frog”, “Google Search Console” alətləri ilə SEO nəticələrinin izlənilməsi və veb-saytın optimallaşdırılması;
  • Məhsullar üzrə “Google Analytics”, “Yandex Metrica” və “Hotjar” proqramları ilə müştəri davranışları reportunun hazırlanması;
  • Məhsullar üzrə açar söz araşdırması edərək veb-saytdakı məzmunların SEO-ya uyğunlaşdırılmasına dəstək olmaq.
  • Məhsullar üzrə A/B testlərin tətbiqi, yeni yanaşmaların, istifadəçi seqmentlərinin və kanalların müəyyən edilməsi
  • “Facebook”, “Instagram”, “LinkedIn”, “Google Ads”, “yerli programatiklər”, “Telegram”, “Twitter” kanalları üzrə ödənişli reklam kampaniyalarının icrası;
  • Mütəmadi olaraq qoyulmuş reklamların optimizasiyası və aylıq hesabatların hazırlanması;
  • E-mail marketinq kanallarının (məs. “Mailchimp”) istifadəsi, müvafiq alqoritmlərin qurulması və hesabatın hazırlanması.

Tələblər

Sizdən nə tələb olunur?


  • Marketinq, Biznes və ya müvafiq sahələrdə bakalavr dərəcəsi üstünlükdür;  
  • Rəqəmsal marketinq sahəsi üzrə 3 il iş təcrübəsi;
  • Müvafiq analitika alətlərində yüksək səviyyədə işləmə bacarığı: “Ahrefs”, “Semrush”, “Screaming frog”, “Google Search Console” “Google Analytics”, “Yandex Metrica”, “Hotjar”, “Tag Manager”
  • Müvafiq reklam alətlərində yüksək səviyyədə işləmək bacarığı: “Meta Business Suite”, “Google Ads” “LinkedIn Ads, “Twitter Ads” və yerli proqramatiklər;
  • İdarə etdiyi reklam kampaniyaları və müvafiq nəticələri;
  • Veb-sayt admin panelində işləmək bacarığı;
  • İngilis dilində yüksək şifahi və yazılı ünisiyyət qura bilmə bacarığı;
  • Analitik düşünmə qabiliyyəti.

Vakansiya haqqında

Son tarix

fevral 26, 2023

Paylaşılıb

yanvar 27, 2023

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə