PASHA Bank
Ana səhifə
/
/
/
Marketinq Kommunikasiyaları Şöbəsinin Rəhbəri

Marketinq Kommunikasiyaları Şöbəsinin Rəhbəri

12-03-2023

686

Bağlanılıb

Təsvir

İşiniz nədən ibarətdir?


  • Çoxfunksiyalı marketing kommunikasiyaları qrupuna rəhbərlik etmək; komandanın fəaliyyətinə nəzarət etmək, hədəf və məqsədlərini təyin etmək, iş prosesini, iş yükünü və bölgüsünü tənzimləmək;
  • Şöbənin brendin idarəedilməsi, rəqəmsal marketing və marketing araşdırmaları sahələri üzrə fəaliyyətlərin əlaqələndirilməsi və koordinasiyası;
  • Bankın xarici və daxili müştərilərinə məhsul və xidmətlər haqqındakı məlumatların çatdırılması, müştəri ehtiyaclarının düzgün müəyyən edilməsi və qarşılanması məqsədilə marketing və kommunikasiya strategiyaların işlənib hazırlanması və həyata keçirilməsi;
  • Kampaniyaların səmərəliliyinin artırılması məqsədilə datanın təhlili; 
  • Maksimal nəticə və investisiya effektivliyinin əldə edilməsi məqsədilə ənənəvi, rəqəmsal və analitik vasitələrinin istifadəsi barədə qərarların alınması;
  • Bankın brend metrikalarının yaxşılaşdırma strategiyaların hazırlanmasına və icrasına dəstək olması.

Tələblər

Sizdən nə tələb olunur?


  • Təhsil: Marketinq, Iqtisadiyyat, Menecment və yaxud yaxın sahə üzrə ali təhsil
  • Təcrübə: Bank və ya maliyyə sektorunun marketinq, reklam və ya kommunikasiya sahəsində ən az 3 il rəhbər və ya liderlik təcrübəsi olmaqla 6 ildən çox təcrübə
  • Bazar bilikləri: Bank və maliyyə məhsulları və xidmətləri, o cümlədən tənzimləmə və komplayns tələbləri haqqında güclü anlayış
  • Profesyonal biliklər:

- Sosial media, e-mail marketinqi və SEO/SEM daxil olmaqla rəqəmsal marketinq sahəsində təcrübə;

- Məlumatların təhlili, müştəri seqmentasiyası və hədəfləmə sahəsində təcrübə ilə yanaşı güclü analitik bacarıqlar;

- Daxili və xarici maraqlı tərəflərlə effektiv kommunikasiya qurma bacarığıı;

- Brend təlimatlarının hazırlanması və tətbiqi üzrə təcrübə;

- Birdən çox layihə və prioritetləri eyni vaxtda idarə etmək bacarığı ilə layihələrin idarəedilməsi sahəsində güclü bacarıqlar;

- Kreativ və stratejik düşünmə qabiliyyəti, biznesin inkişafı və müştəri cəlbini təmin etmək üçün gərəkli olan effektiv marketinq kampaniyalarının və təşəbbüslərinin inkişaf etdirmə və həyata keçirmə bacarığı;

- Rəqəmsal marketinq və analitik alətlərdən (Adobe, Google, Dataroid, Adjust və s.) aktiv istifadə təcrübəsi.

  • Xarici dil: Ingilis, Azərbaycan, Rus
  • Kompüter bilikləri: MS Office

Vakansiya haqqında

Son tarix

aprel 11, 2023

Paylaşılıb

mart 12, 2023

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə