PASHA Bank
Ana səhifə
/
/
/
Müştəri Sorğularının Araşdırılması və İcrası / Baş Mütəxəssis

Müştəri Sorğularının Araşdırılması və İcrası / Baş Mütəxəssis

09-01-2023

1.1K

Bağlanılıb

Təsvir

İşiniz nədən ibarətdir?


  • Kart əməliyyatlarında çətinliklər ilə bağlı yaranan balans fərqlərinin və digər problemli əməliyyatların araşdırılması və düzəliş üçün aidiyyatı strukturlara yönləndirilməsi.
  • Texniki overdraftların yaranma səbəbinin araşdırılması, müəyyənləşdirilməsi və təhlil nəticəsi barəsində aidiyyatı strukturlar üzrə hesabatın təqdim edilməsi. 
  • Avtorizasiyası və klirinq arasında uyğunsuzluqların hesabat üzrə yoxlanılması və düzəlişlərin icrası.  
  • Bank və kart processinq sistemləri arasında balans fərqi üzrə üzləşdirmənin aparılması. 
  • Rüblük və illik hesabatların hazırlanması (ödəniş sistemləri, mühasibatlıq, daxili hesabatlar), lazım olan hallarda hesabatlılığın nəticələrinə uyğun monitorinqlər.
  • Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar olan) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq. Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək. Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənməsinin qarşısını alan qaydada işləmək.
  • Bankın Təşkilati Risklərin İdarəedilməsinə dair siyasətinə əməl etmək. İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımları atmaq.
  • Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq. 
  • Rəhbərlik tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.

Tələblər

Sizdən nə tələb olunur?


  • Təhsil: Ali təhsil
  • Tələb olunan iş təcrübəsi: 3-4 il
  • Xarici dillər: Azərbaycan (səlis), Rus dili (səlis), İngilis dili (orta)
  • Kompüter bilikləri: Microsoft Office

Vakansiya haqqında

Son tarix

fevral 18, 2023

Paylaşılıb

yanvar 9, 2023

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə