PASHA Bank
Ana səhifə
/
/
/
Kiçik Məhsul Sahibi (Kart loyallığı üzrə)

Kiçik Məhsul Sahibi (Kart loyallığı üzrə)

01-11-2023

5.2K

Bağlanılıb

Təsvir

İşiniz nədən ibarətdir?



  • Biznesə təsiri təmin etmək üçün müştəri yönümlü rəqəmsal məhsulların təqdim edilməsi və çoxsahəli funksiyaya malik komandaların idarəedilməsi;
  • Əsas tərəfdaşlar və məhsul sponsorları ilə ünsiyyətin qurulması. 
  • Məhsullar üçün istifadəçi hekayələrinin toplanması və təhlili
  • Məhsullar üçün qəbul meyarlarının yaradılması
  • Müştəri yol xəritəsinin və məhsulların yol xəritəsinin yaradılması
  • Məhsul üzrə biznes keysin tərtib edilməsi
  • Məhsulların yaradılmasına görə məsuliyyət. Yeni və mövcud məhsulların dəyərinin artırılması. Yüksək müştəri məmnuniyyətini təmin edilməsinə yönəldilmiş fəaliyyəti, əsas biznes problemlərinin həll edilməsi;
  • Fərdi müştərilər seqmenti üçün yeni məhsullar konsepsiyasının aidiyyatı olan ekspertlər ilə koordinasiya edilməsi
  • Yeni məhsulun hərtərəfli texniki-iqtisadi əsaslandırması və həyata keçirilməsinin proqnozlarının verilməsi
  • Uğurlu beynəlxalq təşkilatlardan məhsulun inkişafı təcrubəsinin öyrənilməsi
  • Biznes işinin təşkil edilməsi (məs. xərclərin qiymətləndirilməsi, mənfəətlilik və investisiyadan qayıdışın ölçülməsi, qəbul olunmuş standard və s.)
  • Mövcud olan məhsulların təhlili və məhsulların yenilənməsi üzrə imkanların axtarılması
  • Fərdi müştərilər üçün olan məhsul pasportlarının, təlimatların və proseslərin hazırlanması və ehtiyac duyulduqda onların yenilənməsi
  • Üçüncü tərəflər ilə ən münasib olan şərtlərin razılaşdırılması
  • Seqmentlər və məhsullar səviyyəsində kommersiya planlaşdırmasında və büdcələşdirməsində iştirak
  • Digər məhsul sahibləri ilə qarşılıqlı əməkdaşlıq və mümkün dəstəyin göstərilməsi.

Tələblər

Sizdən nə tələb olunur?


  • Təcrübə: Biznes və ya İT sahəsində 1 ildən artıq məhsul inkişafı üzrə peşəkar təcrübə 
  • Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil
  • Lisenziya / Sertifikat: PSPO, PSM sertifikatların sahiblərinə üstünlük verilir
  • Xarici dil: İngilis dili (səlis), rus dili (üstünlük)


  • Məhsul üzrə biliklər:

Güclü analitik bacarıqlar

Modelin simulyasiyası və məlumatların təhlili sahəsində bacarığı

Billinq fakturaları və mübadilə haqları (interchange fees) daxil olmaqla kart biznesi təcrübəsi

MasterCard və Visa beynəlxalq ödəniş sistemləri ilə iş təcrübəsi

Kartla ödəniş infrastrukturu haqqında biliklər

Rəqəmsal ödənişlər, fırıldaqçılığın idarə edilməsi və kart sistemləri üzrə normativ baza bilikləri

Bank prosesləri haqqında ümumi biliklər

PCI DSS standartları haqqında ümumi məlumat

Kart məhsullarının satışa çıxarılması üzrə təcrübəyə üstünlük verilir

Agile düşüncə tərzi


  • Bazar üzrə biliklər:

Ölkədaxili və ölkə xarici kart bazarı üzrə biliklər

Bazarda olan qeyri kredit məhsullar haqqında biliklər

Vakansiya haqqında

Son tarix

noyabr 29, 2023

Paylaşılıb

noyabr 1, 2023

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə