PASHA Bank
Ana səhifə
/
/
/
Mühasibatlıq və Vergi üzrə Mütəxəssis

Mühasibatlıq və Vergi üzrə Mütəxəssis

13-09-2023

5.6K

Bağlanılıb

Təsvir

İşiniz nədən ibarətdir?



  • Milli Mühasibat Uçotu Standartları və MHBS-ə uyğun olaraq daxili və xarici maliyyə və vergi hesabatlarının işlənib hazırlanması və razılaşdırılmış vaxt çərçivəsində təqdim olunması;
  • Bankın vergi siyasətinin tətbiq edilməsi;
  • Müvafiq hesabatların (mühasibatlıq və vergi) dəqiq və vaxtında təqdim olunması;
  • Şöbənin gündəlik proseslərinin daxili qaydalara və qanunvericiliyə əsasən icra müddətinə uyğun aparılması, günün, ayin bağlanması proseslərinin, mühasibatlıq və vergi əməliyyatlarının icrası;
  • Bankın gündəlik fəaliyyətində mühasibatlıq uçotunun aparılması;
  • Maliyyə uçotu siyasətinin MUBS və MUMS əsasında tətbiq edilməsi;
  • Bankın gündəlik inzibati əməliyyatlarının və kapital xarakterli xərclərinin düzgün uçotu;
  • Bankın əsas vəsaitlərin uçotunun aparılması və inventarizasiya işinə nəzarət;
  • Xarici auditorlara, vergi orqanlarına və yoxlama qurumlarına uçot sənədlərinin təqdim edilməsi;
  • Bankın məhsulları üzrə mühasibat modellərinə uyğun bankın struktur bölmələrinə məktubların yazılması;
  • Şöbənin gündəlik əməliyyatlarına və işinə aid bütün avtomatlaşdırmalarda iştirak və biznes tələblərinin yazılması;
  • Bankın bütün növ əməliyyat xərclərinin ödənilməmiş öhdəliklərinin, müqavilələr üzrə borcların hesablanması və hesab-fakturaların ödənilməsi;
  • Bankın bütün növ əməliyyat gəlirlərinin və alınacaq məbləğlər üzrə hesab-fakturaların yazılması, qaimələrin tərtibi.

Tələblər

Sizdən nə tələb olunur?


  • Təhsil: maliyyə və iqtisadiyyat üzrə ali təhsil.
  • Təcrübə: müvafiq sahədə ən azı 3 il iş təcrübəsi.
  • Xarici dil: ingilis, rus.
  • Kompüter bilikləri: Microsoft Office.
  • Məhsul biliyi: bank məhsulları və əməliyyatları üzrə biliklər.
  • Bazar biliyi: maliyyə bazarları üzrə biliklər.
  • Üstünlük verilir: ACCA /Dip İFRS/ CIMA sertifikatların mövcudluğu əlavə üstünlükdür.

Vakansiya haqqında

Son tarix

oktyabr 23, 2023

Paylaşılıb

sentyabr 13, 2023

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə