PASHA Bank
Ana səhifə
/
/
/
IT/Cyber Risk Junior Specialist

IT/Cyber Risk Junior Specialist

22-12-2022

1.2K

Bağlanılıb

Təsvir

İşiniz nədən ibarətdir?


İT və kiber risklərin araşdırılması və qiymətləndirilməsi;

İT və kiber risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, monitorinqi və təhlili;

Müvafiq risk hesabatlarının təşkili və “NFRM” ilə əlaqəli layihələrdə və fəaliyyətlərdə iştirak;

Bankın İT və kiber əməliyyatlarının davamlı izlənilməsi və risklərin baş vermə ehtimalının təhlili;

Risk və insidentlərin idarəedilməsi üzrə sistemin işləməsinə nəzarət edilməsi;

Hadisənin, riskin əsas səbəbinin müəyyənləşdirilməsi üçün görüş və müzakirələrin təşkili və idarəedilməsi;

Məsələlərin mümkün qədər tez həll edilməsi üçün tələb olunan mənbələrin toplanılması;

Risklərin və hadisələrin yaranma səbəbinin təhlil edilməsi;

Risk və hadisə üzrə bütün məlumatların yığılması və bütün lazımi alətlərin və sənədlərin yenilənməsi;

Müəyyən olunmuş xidmət səviyyələri daxilində bütün risk və hadisələr üzrə tələb olunan məlumatların və yenilənmələrin təqdim edilməsi;

Bütün risklərin və hadisələrin aşkarlanması, ilkin diaqnozu və prioritetliyinin effektiv və ardıcıl tətbiq olunması;

Proseslərdə tələb olunan dəyişikliklərə cəlb etmək üçün “Biznes Proseslərin İdarəolunması” şöbəsi ilə əməkdaşlıq;

Risk və insident idarəetmə üzrə əsas risk göstəricilərinin qeyd olunması və hədəfə çatdırılması;

Daxili zərər bazasının hazırlanması, gözlənilən itkilərin hesablanması;

Departament daxili və idarəetmə hesabatlarının hazırlanması;

Bankdaxili layihələrdə iştrak.


Tələblər

Sizdən nə tələb olunur?

  • Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil
  • İş Təcrübə: 1-3 il
  • Xarici dil: İngilis və Rus
  • Kompüter bilikləri: MS Office
  • Digər: Analitik düşüncə və komandada iş bacarığı


Vakansiya haqqında

Son tarix

yanvar 15, 2023

Paylaşılıb

dekabr 22, 2022

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə