PASHA Bank
Ana səhifə
/
/
/
Product Owner in Retail Banking

Product Owner in Retail Banking

15-12-2022

2K

Bağlanılıb

Təsvir

İşiniz nədən ibarətdir?


  • Məhsul yaradılması və idarəedilməsi;
  • Müvafiq analitik vasitələrdən istifadə etməklə məhsul portfelinin müvəffəqiyyətlə idarəedilməsi;
  • Fərdi Bankçılıq müştəriləri üçün yeni məhsullar yaratmaqla gəlirliliyinin artırılması;
  • Məhsulların inkişafı üzrə mütəxəssis məhsullarının dəyərinin maksimum dərəcədə artırılması;
  • Yerli və xarici tərəfdaşlarla, o cümlədən Beynəlxalq Ödəniş Sistemləri ilə əlaqələrin qurulması və saxlanılması;
  • Əsas tərəfdaşlar və məhsul sponsorları ilə ünsiyyətin qurulması;
  • Məhsullar üçün istifadəçi hekayələrinin toplanması və təhlili;
  • Məhsullar üçün qəbul meyarlarının yaradılması;
  • Müştəri yol xəritəsinin və məhsul yol xəritəsinin yaradılması;
  • Məhsulların yaradılmasına görə məsuliyyət;
  • Yeni və mövcud məhsulların dəyərinin artırılması və yüksək müştəri məmnuniyyətinin təmin edilməsinə yönəldilmiş fəaliyyət;
  • Fərdi müştərilər üçün yeni məhsullar konsepsiyasının aidiyyatı olan ekspertlər ilə (İT, Risk) koordinasiya edilməsi;
  • Yeni məhsulun hərtərəfli texniki-iqtisadi əsaslandırılması və həyata keçirilməsi üzrə proqnozlarının təqdim edilməsi;
  • Uğurlu beynəlxalq təşkilatlardan məhsulun inkişaf təcrubəsinin öyrənilməsi;
  • Biznes işinin təşkil edilməsi; (məs. xərclərin qiymətləndirilməsi, mənfəətlilik və investisiyadan qayıdışın ölçülməsi, qəbul olunmuş standard və s.)
  • Mövcud olan məhsulların təhlili və məhsulların yenilənməsi üzrə imkanların axtarılması;
  • Fərdi müştərilər üçün olan məhsul pasportlarının və proseslərin hazırlanması və ehtiyac olduqda yenilənməsi;
  • Üçüncü tərəflər ilə münasib şərtlərin razılaşdırılması; (Beynəlxalq Ödəniş Sistemləri və s.)
  • Seqmentlər və məhsullar səviyyəsində kommersiya planlaşdırılmasında və büdcələşdirməsində iştirak.

Tələblər

Sizdən nə tələb olunur?



  • Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil
  • İş təcrübəsi: 3-5 il 
  • Lisenziya / Sertifikat: PSPO, PSM sertifikatları
  • Xarici dillər: İngilis, Rus
  • Kompüter bilikləri: Microsoft Office
  • Məhsul üzrə biliklər:

-       Güclü analitik bacarıqlar

-       Modelin simulyasiyası və məlumatların təhlili sahəsində bacarıq

-       Billinq fakturaları və mübadilə haqları (interchange fees) daxil olmaqla kart biznesi təcrübəsi

-       MasterCard və Visa beynəlxalq ödəniş sistemləri ilə iş təcrübəsi

-       Kartla ödəniş infrastrukturu haqqında biliklər

-       Rəqəmsal ödənişlər, fırıldaqçılığın idarəedilməsi və kart sistemləri üzrə normativ baza bilikləri

-       Bank prosesləri haqqında ümumi biliklər

-       PCI DSS standartları haqqında ümumi məlumat

-       Kart məhsullarının satışa çıxarılması üzrə təcrübə

-       “Agile” düşüncə tərzi

Vakansiya haqqında

Son tarix

yanvar 24, 2023

Paylaşılıb

dekabr 15, 2022

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə