PASHA Bank
Ana səhifə
/
/
/
Digital Fraud Operations Assistant

Digital Fraud Operations Assistant

28-09-2022

1.1K

Bağlanılıb

Təsvir

İşiniz nədən ibarətdir?


  • Dələduzluq insidentlərinin idarəedilməsi;
  • Xarici və daxili müştəri dələduzluğu ilə bağlı şikayətlərə baxılması;
  • Ödəniş kartları ilə əlaqədar şübhəli əməliyyatların monitorinqi;
  • Kart kanalı üzrə mümkün və ya baş vermiş dələduzluq hadisələrinin vaxtında qarşısını almaq üçün lazımi məhdudlaşdırma tədbirlərinin daxili təlimatda öz əksini tapan SLA çərçivəsində bloklama mexanizmləri və ya qara siyahı/ağ siyahı vasitəsilə həyata keçirilməsi;
  • Kart müştəriləri üzrə şübhəli əməliyyatların və aktivliyin müəyyən edilməsi ilə bağlı zənglərin, yazışmaların və digər bildiriş metodları ilə məlumatlandırmaların həyata keçirilməsi;
  • Ekvayrinq əməliyyatlarının monitorinqi;
  • Ekvayrinq şəbəkəsində baş tutan şübhəli əməliyyatların sorğulanması ilə bağlı yerli və xarici banklarla yazışmaların həyata keçirilməsi və prosesin izlənilməsi;
  • Rəhbər tərəfindən verilən yazılı və şifahi tapşırıqların və vəzifələrin icrası.
  • Ehtiyac olduqda axşam/gecə növbəsində fəaliyyət

Tələblər

Sizdən nə tələb olunur?


Təhsil: İqtisadiyyat, İT, Riyaziyyat və digər əlaqəli sahə üzrə Bakalavr təhsili

Xarici dillər:  İngilis (orta), Rus dili (orta)

Komputer bilikləri: Verilənlərin analiz alətləri (Excel) və digər ofis proqramları (Word, PowerPoint və s.)

Məhsul üzrə biliklər: Kart məhsulları və digər bank məhsulları (arzuolunandır)

İş təcrübəsi: Tələb olunmur

Vakansiya haqqında

Son tarix

oktyabr 27, 2022

Paylaşılıb

sentyabr 28, 2022

Vakansiya növü

Müvəqqəti

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə