PASHA Bank
Ana səhifə
/
/
/
UX/UI Dizayner (müvəqqəti)

UX/UI Dizayner (müvəqqəti)

19-07-2023

2.9K

Bağlanılıb

Təsvir

İşiniz nədən ibarətdir?


  • Məhsul fərziyyələrinin yaradılması və yoxlanılması
  • Məhsul və ya funksionallıq göstəricilərinin (metrics) təyin olunması və izlənilməsi
  • Statistika, iri həcmli məlumatların analizi
  • Müştərilərlə intervyu və fokus-qrupların keçirilməsi
  • Persona, İstifadəçi yolu xəritəsi (Customer Journey Map), Empatiya xəritəsi (Empathy Map) yaradılması
  • Araşdırma predmetinə uyğun sorğuların hazırlanması
  • İstifadə axını (User flow) yaradılması
  • İnformasiya arxitekturasının (IA) qurulması (Struktur, naviqasiya)
  • İnterfeys ekranlarının yaradılması (iOS, Android, Web)
  • Məhsul və ya funksionallığın tam işlək prototipinin yaradılması
  • İstifadə testi (Usability testing) keçirilməsi, nəticələrin analizi və hesabatın hazırlanması
  • Verilənlər və araşdırma nəticələri əsasında məhsul rəhbəri, mühəndislər və digər çarpaz-funksional və Agilə yanaşma tətbiq edən komandaların üzvləri ilə biznes həllərin yaradılması


Tələblər

Sizdən nə tələb olunur?


  • İstifadəçi təcrübəsi və interfeysi yaradılması üzrə 1 ildən artıq təcrübə
  • İnterfeys dizayn barədə əsas biliklər: Tipoqrafiya, rəng, qrid, qeştalt prinsipləri, kompozisiya və s.
  • Əlçatanlıq (Accessibility) üzrə əsas biliklər
  • Figma, FigJam, Adobe Creative Suite alətləri ilə işləmə bacarığı
  • UI Kit, Dizayn sistemi ilə işləmə bacarığı
  • Agile yanaşma barədə ilkin biliklər
  • “Intermediate" səviyyəsində İngilis dili

Vakansiya haqqında

Son tarix

avqust 18, 2023

Paylaşılıb

iyul 19, 2023

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə