Grand-Agro MMC

Anbar bölmə müdiri

19-10-2022

1K

Bağlanılıb

Təsvir

Vəzifə öhdəlikləri

  • Anbara alış sifarişi (P.O) əsasında daxil olan materialların sifariş və mədaxil sənədləri əsasında qəbulu və 1C proqramı  üzrə uçota salınması
  • Gündəlik sistem üzrə daxil olmuş material tələbinə əsasən materialların təhvil-təslim prosesinin həyata keçirilməsi
  • Stok üzrə mal-material qalıqlarının yoxlanılması (Texniki vəTəsərrüfat anbarları üzrə)
  • Şirkət üzrə Ə/V-in, azqiymətlilərin və digər materialların(gübrə-dərman və sair) inverntarizasiya prosesində iştirak edilməsi
  • Şöbələr arası sənəd mübadiləsi prosesinin həyata keçirilməsi (mədaxil sənədləri, PO-lar, təhvil-təslim aktları və sair)
  • Minimum stok qalıqlarına nəzarət olunması
  • Anbar üzrə aylıq müvafiq hesabatların hazırlanması
  • Ərazilər üzrə anbarlara daxil olmuş materialların qəbul edilməsi
  • Material və mallarının anbarda tələb olunan standartlara uyğun qaydada saxlancını təşkil edilməsi
  • Anbar sənədlərinin rüblər üzrə çeşidlənməsi və arxivlənməsi nəzarət olunması
  • Tabeçiliyində olan anbardarların işinin təşkili və idarə olunması


Tələblər

  • Təhsil: Ali təhsil
  • Azərbaycan dilini səlis bilməlidir
  • İş təcrübəsi: Müvafiq sahə üzrə 5 ildən çox
  • Mal-materialların yükləmə, boşaltma və anbar daxilində təhlükəsiz yerləşdirilməsi qaydalarını bilməli
  • Logistika üzrə təməl səviyyədə biliklər
  • Sənədləşmə və uçot (kargüzarlıq) yaxşı səviyyədə biliklər
  • MS Excel və 1C proqramını yaxşı səviyyədə bilməli

Bacarıqlar

  • Heyətin idarəedilməsi
  • Dürüstlük və etibarlılıq
  • Məsuliyyət
  • Təşkilatçılıq
  • Konfidiensallığı qorumaq
  • Problem həll etmə və proaktivlik
  • Effektiv planlama və icraetmə

İş yeri

Türkan əməliyyat ofisi

Vakansiya haqqında

Son tarix

mart 4, 2023

Paylaşılıb

oktyabr 19, 2022

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat

İmtiyazlar

  • Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma
  • Nahar təminatı
  • Nəqliyyat xərcləri