Embawood MMC
Ana səhifə
/
/
/
Satınalma üzr mütəxəssis

Satınalma üzr mütəxəssis

07-02-2023

234

Bağlanılıb

Təsvir

İşin təsviri:

Tələb olunan malların və xidmətlərin alışı istiqamətində tədarükçülərlə danışıqlar aparmaq, sorğular göndərmək və əlverişli qiymət təkliflərinin əldə olunmasını təmin etmək;

Bazar araşdırması aparmaq və potensial təchizatçıları tapmaq;

Bazar araşdırması və tələbnamələrin icra vəziyyəti barədə rəhbərliyə hesabatlar təqdim etmək;

Yerli və xarici bazarın monitorinqini aparmaq;

Şirkət üçün əhəmiyyət kəsb edən malların xarici dövlətlərdəki istehsalçılarının tapılması istiqamətində fəaliyyət göstərmək;

Tələb olunan mal - material və xidmətlərin prosedura əsaslanaraq vaxtında çatdırmaq;

Bazar araşdırması nəticəsində alınmış qiymət təkliflərinin xüsusi təklif qiymətləndirmə formasına yığmaq və rəhbərliyə təqdim etmək;

Malların çatdırılması prosesini və ödənişlərinin həyata keçirilməsini təşkil etmək;

Beynəlxalq təchizatçılardan alınmış malların çatdırılmasını və gömrük rəsmiləşdirilməsi üçün lazımi sənədlərin təqdim edilməsini təşkil etmək;

Tenderləri təşkil etmək


Tələblər

Tələblər:

Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi

Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı

Azərbaycan, rus və ingilis dilləri sərbəst danışıq və yazı səviyyəsində bilməli;

Verilən işi vaxtında və operativ təhvil vermək bacarığı;

Bir neçə tapşırığı idarə etmək bacarığı (multitasking);

Analitik düşüncəyə sahib, problemləri sadə yollarla həll etmə bacarığı;

Xahiş olunur CV göndərərkən mövzu yerinə tələb olunan vakansiyanı "Satınalma üzrə mütəxəssis" qeyd edib göndərəsiniz.

Vakansiya haqqında

Son tarix

mart 19, 2023

Paylaşılıb

fevral 7, 2023

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə

İmtiyazlar

  • Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı