"Karyeranı yüksəlt" təqaüd proqramı (Data Science)
Description
İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyi ilə Code Academy 2022-ci ildə uğurla həyata keçirtdiyi Karyeranı Yüksəlt təqaüd proqramının ikinci dəfə icrasına start verir. Bu təqaüd proqramı karyerasını inkişaf etdirərək, iş həyatında yüksəlmək istəyən şəxslər üçün nəzərdə tutulub. Bu təqaüd proqramı çərçivəsində IT sektorunda geniş iş imkanları olan 4 sahə üzrə tədris keçiriləcək. Karyerasının ilkin mərhələsində olan şəxslər tədrisə qoşulmaqla, bilik və bacarıqlarını artıraraq əmək bazarında daha yaxşı iş imkanı əldə edə biləcəklər. Technest layihəsi çərçivəsində həyata keçirilən bu proqrama qoşulan hər kəs 70% təqaüd qazanacaq. Təqaüd proqramından ümumilikdə 60 nəfər faydalana biləcək.
Təhsil müddəti:
- İştirakçılar üçün həftəiçi hər gün olmaqla, 300 saatlıq tədris proqramları hazırlanıb;
- Bu tədris proqramı 4-5 ay ərzində keçirilir;
- Tədris günün birinci və ya ikinci hissəsində keçiriləcək;
- Dərs saatları 09.00-14.00 və ya 14.00-19.00 aralığında olacaq. Bu səbəblə “Qəbul prosesi”ni uğurlu keçən, lakin qrafiki dərs saatlarına uyğun olmayan iştirakçıların təqaüd proqramından faydalanması təəssüf ki, mümkün olmayacaq.
Requirements
- Yaş həddi: 18-30
- Müvafiq sahə üzrə 1 il iş təcrübəsi olan və ya sahə üzrə bilik və bacarığını təsdiq edən sertifikatı olan şəxslər müraciət edə bilər.