Code Academy
Ana səhifə
/
/
/
Game Development üzrə Bootcamp

Game Development üzrə Bootcamp

30-09-2022

1.4K

Bağlanılıb

Təsvir

Code Academy ölkədə ilk dəfə tam təqaüdlü Game Development tədrisi üzrə bootcamp proqramına start verir. 


Qlobal oyun dünyasının sirlərini öyrənmək, həm ölkədaxili, həm ölkəxaricində hazırladığın oyunlarla fərq yaratmaq istəyirsənsə, bu proqram məhz sənin üçündür.  


Türkiyədən dəvət olunmuş ekspertlər tərəfindən keçiriləcək bu tədris proqramında ümumilikdə 15 nəfər iştirak hüququ qazanacaq. İştirakçıların hər biri Code Academy-dən 7500 AZN dəyərində təqaüd əldə edərək tam ödənişsiz təhsil ala biləcəklər.


15 nəfərdən ibarət qrupda 8 həftə, həftəiçi hər gün saat 09:00-dan 18:00-dək olmaqla Unity və Visual Studio proqramlarından istifadə etməklə oyun hazırlanmasını öyrənin.


Bootcampa qəbul üçün müsabiqə çərçivəsində iştirakçıların mövcud bilikləri qiymətləndirildikdən sonra uyğun namizədlər müsahibəyə dəvət olunacaqdır.

 

Bu keçid vasitəsi ilə bootcamp haqqında ərtaflı məlumat əldə edə bilərsiniz.


Dərslər 26 sentyabr 2022-ci il tarixində başlayır. Müraciət üçün son tarix 21 sentyabr 2022-ci il, saat 23:59.

Tələblər

  • C# proqramlaşdırma dilinə bələd olmaq, proqramlaşdırma üzrə biliyin və ya təcrübənin olması;
  • Ünsiyyət və kommunikasiya bacarığının olması;
  • Azərbaycan dilində əla yazılı və şifahi dil bacarıqlarının olması;
  • İngilis və türk dili biliyinin ən az orta (B2) səviyyədə olması.

Vakansiya haqqında

Son tarix

oktyabr 25, 2022

Paylaşılıb

sentyabr 30, 2022

Vakansiya növü

Tam ştat

Kateqoriya

Təhsil